GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ASK-nin Prezidentindən falçıya bahalı hədiyyə

ASK-nin Prezidentindən falçıya bahalı hədiyyə

Tarix: 11-11-2013, 10:53 Bölmə :Ölkə Baxış: 846
ASK-nin Prezidentindən falçıya bahalı hədiyyə
Xatırlayırsınızsa, qəzetimizin ötən saylarında dərc olunmuş və ekstrasens Zirəddin Rzayevin ifşasına yönəldilmiş materiallardan birində qeyd olunmuşdu ki, bu gün onun şəxsi müraciətlərə əsasən keçirdiyi baxıçılıq və öncəgörmə seanslarına düşmək üçün bir neçə ay əvvəlcədən növbəyə durmaq və azı 2000 manat məbləğində pul ödəmək lazımdır.
Həmçinin materialda qeyd olunmuşdu ki, ölkəmizin bəzi yüksək vəzifəli şəxsləri, onların ailə üzvləri tanınmış ekstrasensin müəyyən seansları müqabilində 50000-100000 manat civarında pul və ya həmin məbləğə müvafiq bahalı hədiyyələr verirlər.
Yeni aldığımız məlumatda isə Z.Rzayevə növbəti belə bir hədiyyənin bu yaxınlarda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin ailəsindən təqdim olunduğu bildirilir.Maraqlıdır ki, bir müddət əvvəl biz həmçinin M.Musayevin ASK prezidenti vəzifəsinə gətirilməsinin bəzi təfərrüatları və bu təyinatdan doğan müxtəlif problemləri də qəzetimizdə işıqlandırmışdıq.

Həmin materialda qeyd olunmuşdu ki, əksər mənbələrin rəyinə görə 2009-cu ildə İqtisadi İnkişaf naziri Şahin Mustafayevin birbaşa dəstəyi ilə konfederasiyanın prezidenti postuna gətirilən Məmməd Musayev, bu vəzifənin verdiyi imtiyaz və səlahiyyətlərdən daha çox şəxsi biznesinin çiçəklənməsi üçün faydalanır. Təyinat zamanı isə diqqəti çəkən əsas cəhətlərdən biri də bu idi ki, ölkənin ən iri və nüfuzlu iş adamlarının təmsil olunduğu qurumun rəhbərliyinə gələrkən M.Musayev burada bir çox etirazlarla rastlaşmalı olmuşdu. Məsələ bundadır ki, ölkə qanunları və beynəlxalq razılaşmalar əsasında fəaliyyət göstərən iri sahibkarlar Məmməd Musayevin tətbiq etdiyi idarəçilik üsullarını, daha çox “şapka” üsuluna istinad edən iqtisadi mexanizmini qəbul etmək istəmirdilər. Lakin, həmin vaxt nüfuzlu himayədarların patronajlığı son sözü demiş oldu. Digər tərəfdən isə bu patronajın kim tərəfindən göstərildiyi barədə də ölkə mətbuatında müxtəlif versiyalar irəli sürülmüşdü. Məsələn, belə məlumatlardan birində göstərilirdi ki, konfederasiyanın rəhbərliyinə gətirilmə ərəfəsində M.Musayevin vəziyyəti o qədər də ürəkaçan deyildi. Belə ki, həmin vaxt onun “Muğanbank”da olan payının əlindən alınması, özünün həyata keçirdiyi bir sıra maxinasiyaların nəticəsi olaraq digər kommersiya obyektlərinin də ağır duruma düşməsi bu vəziyyəti daha da gərginləşdirirdi. Məhz belə bir məqamda, 2008-ci ilin dekabr ayında Şahin Mustafayevin İqtisadi İnkişaf naziri təyin olunması isə vəziyyəti radikal şəkildə dəyişmiş oldu. Nazirlə olan qohumluq əlaqələrindən yararlanan M.Musayev tez bir zamanda biznesinə yeni nəfəs verə bildi. Mətbuatda qeyd olunurdu ki, bu əməkdaşlıq Ş.Mustafayev üçün də faydalı idi. Belə ki, nazir də Məmməd Musayevin timsalında öz biznesinin idarə olunmasını etibar edə iləcək bir şəxs görmüşdü. Beləliklə, qarşılıqlı maraqlar bu iki şəxsi birləşdirdi və az sonra M.Musayev ASK-nın prezidenti postuna yiyələndi. Daha sonra məlumatlarda “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri olmaqla yanaşı, Məmməd Musayevin “Turan Bank”, “Azər-Türk Bank”, “Başak-İnam” sığorta şirkəti kimi iri maliyyə qurumlarında, bir neçə böyük tikinti şirkətlərində də payı olduğu bildirilirdi...

Yeni aldığımız məlumatda isə Musayevlər ailəsinin öz kommersiya imperiyalarını bu yaxınlarda daha bir tibb müəssisəi açmaqla genişləndirdikləri bildirilir. Göstərilir ki, Məmməd Musayev öz qızı üçün Badamdar qəsəbəsi ərazisində özəl klinika açmışdır. Ən maraqlısı isə budur ki, mənbə məhz bu münasibətlə M.Musayevin həyat yoldaşı tərəfindən ekstrasens Zirəddin Rzayevə “Mercedes Gelenvagen” markalı avtomobilin hədiyyə olunduğunu iddia edir. Lakin bu jest heç də Musayevlərin səxavətinin göstəricisi kimi qəbul edilməməlidir. Ən azından Məmməd Musayevin keçmiş kürəkəni (qızının birinci həyat yoldaşı) Natiq bununla razılaşa bilməz. Belə ki, M.Musayevin qızı ilə boşandıqdan sonra evinin əlindən alındığını iddia edən Natiq, bu gün də ona qarşı törədilmiş haqsızlıqdan şikayətçidir. M.Musayevin “səxavətini” ən dürüst qiymətləndirə biləcək insanlar isə, onun sahib olduğu müxtəlif müəssisələrdə çalışan və bu gün də məvaciblərinin 50 manat artırılması xəyalı ilə yaşayan əməkdaşlar ola bilərlər...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zirəddin Rzayevə aylıq “dolya” verən məmur kimdir?

    Zirəddin Rzayevə aylıq “dolya” verən məmur kimdir? ...

    8-12-2013, 20:46

  • 
  • Azərbaycan sahibkarlığını “şapka” ilə çökdürən adam

    Azərbaycan sahibkarlığını “şapka” ilə çökdürən ...

    29-04-2014, 09:58

  • 
  • ARİF ALIŞANOVUN BAHALI MALİKANƏLƏRİ

    ARİF ALIŞANOVUN BAHALI MALİKANƏLƏRİ ...

    14-04-2016, 15:22

  • 
  • Yavər Camalov İlham Mirzəyevi necə qorumaq istəyib?

    Yavər Camalov İlham Mirzəyevi necə qorumaq ...

    22-05-2014, 10:30

  • 
  • Niyaməddin Musayevin 28 yaşlı "sevgilisi"ndən yeni — FOTOLAR

    Niyaməddin Musayevin 28 yaşlı ...

    30-04-2015, 00:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu