GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan sahibkarlığını “şapka” ilə çökdürən adam

Azərbaycan sahibkarlığını “şapka” ilə çökdürən adam

Tarix: 29-04-2014, 09:58 Bölmə :Manşet Baxış: 1 130
Azərbaycan sahibkarlığını “şapka” ilə çökdürən adam
Ölkəninin orta biznes nümayəndələri Azərbaycan Sahibkarlar
Konfederasiyasının prezidenti Məmməd Musayevin “şapkasını” daşıya bilmirlər


Azərbaycan Sahibkarlar Konfederasiyası kimə lazımdır? Bu sualla Azərbaycan Sahibkarlar Konfederasiyasına üzv olan sahibkarlara və iş adamlarına müraciət olunsa, bütün sahibkarlar bir ağızdan eyni cavabı verərlər: Yalnız Məmməd Musayevə! Hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) vəziyyət elədir ki, Azərbaycan sahibkarlarını özündə birləşdirən bu qurum ölkədə özəl sektorun və sahibkarların inkişafına deyil, ancaq ASK prezidenti Məmməd Musayevə və onun əlaltılarına xidmət edir.
Bu barədə redaksiyamıza daxil olan şikayət məktubunda bildirilir ki, Məmməd Musayev prezident olduğu qurumun vasitəsi ilə sahibkarları istismar edir. ASK prezidenti, hətta sahibkarları təhdid etməkdən belə çəkinmir. Orta biznesin nümayəndələri olduqlarını və məlum səbəbdən adlarını açıqlamayan sahibkarların ünvanladıqları müraciətdə bildirilir ki, artıq onlar məcburən sahibkarlıq fəaliyyətlərinə qoyulan əngəllərə görə ölkə prezidentinə müraciət etməyi düşünürlər. Çünki, artıq bıçaq sümüyə dirənir: “Hər yerdə monopoliya var. Biz bu monopoliyanın içində güclə də olsa ayaq üstə durmağa çalışırıq. Son tikəmizi və gəlirimizi isə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev əlimizdən alır”, - deyə müraciətdə qeyd olunur. Sahibkarlar bildirirlər ki, onları bir çox dövlət qurumları durmadan istismar edirlər. Bu qurumları saymağa isə sahibkarlar heç bir lüzum bilmirlər. Çünki, ölkədə sahibkarlığı və özəl sektorun inkişafını monopoliyaya alan və bu monopoliyadan kənarda qalanları istimar edən bu dövlət qurumlarını hər kəs tanıyır.
Müraciətin ilginc tərəflərindən biri odur ki, sahibkarlar bu durumla razılaşırlar. Sahibkarlar artıq bu dövlət qurumlarından şikayətçi deyillər. İndi onlar son tikələrinə şərik olan, daha doğrusu, son tikələrini əllərindən alan ASK prezidenti Məmməd Musayevin onlara qoyduğu “şapka”dan şikayət edirlər.
Dövlət qurumlarından şikayətçi olmaqdan vaz keçən sahibkarlar bildirirlər ki, onların huquqlarını qorumaqla səlahiyyətli və vəzifəli olan Azərbaycan Sahibkarlar Konfederasiyası da istismar edir. Hər hansı bir halda hüquqların qorunmasından isə söhbət belə gedə bilməz. ASK prezidenti sahibkarlardan ancaq hər il külli miqdarda üzvlük haqqı almaqda maraqlıdır. Üzvlük haqqı verməyənlərin və yaxud da ASK-ya üzv olmaq istəməyənlər qurumun prezidenti Məmməd Musayev tərəfindən təqiblərə və təzyiqlərə məruz qalır. Təqib və təzyiq vasitələrini isə Məmməd Quliyev daha çox İqtisadi İnkişaf Nazirliyinin vasitəsi ilə həyata keçirir. Çünki, cənab ASK prezidenti İqtisadi İnkişaf naziri Şahin Mustafayevin qohumu olduğu iddia olunur. Məmməd Musayevin başqa bir havadarının isə prezidentin iqtisadi məsələlər üzrə müşaviri Vahid Axundov olduğu bildirilir. Məhz bu yaxınlıq sayəsində Məmməd Musayevin bir zamanlar ölkə rəhbərliyinə çıxış əldə edə bildiyi vurğulanır.
Müraciətdə bildirilir ki, Məmməd Musayev bir adəti olaraq monopoliya sahibi olan böyük şirkələrdən və sahibkarlardan üzvlük haqqı almır. Çünki arxalı adamlarla üz-üzə gəlib öz vəziyyətini ağırlaşdırmaq və rahat, həmçinin gəlirli masasını təhlükə altına atmaq istəmir. Halbuki, ASK-nın büdcəsi həmin iri şirkətlərin verdiyi üzvlük haqqları ilə formalaşmalıdır. Bunun müqabilində isə Məmməd Musayev bütün yükünü orta biznes nümayəndələrinin üzərinə yükləyib. Belə ki, orta biznes nümayədələrindən “Şapka Mamed” olaraq tanınan Məmməd Musayev ikiqat, bəzən də üçqat üzvlük haqqı tələb edir. Bu yolla ASK prezidenti öz “ziyanını” örtür. Yəni böyüklərin yükünü kiçiklər daşımağa məcbur olur. Çünki, Məmməd Musayev öz kürsüsündə rahat oturmaq istəyir. Xatırladaq ki, ölkənin böyük və tanınmış şirkətləri - “Liderfarm” ASC, “Azercell” BM, “Bakcell” BM, “Unibank” SKB, “AzEvrotel” Azərbaycan-Böyük Britaniya Birgə müəssisəsi, “Azərsun Holdinq” Şirkətlər birliyi, “Atəşgah” QTSC Sığorta Şirkəti, Baku STEEL Company, “AGBank” Səhmdar İnvestisiya Bankı, “Azərbaycan Respubilkası Beynəlxalq Bankı, “Karat Holdinq”, Bakı Çinar Soyuducuları” ASC, “Ata-Holdinq” ASC, “HB Co Ltd” MMM, “Azturqaz” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi, “Texnikabank” ASC, “Karvan İstehsalat Kommersiya Şirkəti” MMC, “NJT 2000” firması, “ADA-Ticarət” QSC, “Azərsu” ASC, “Santral Elektrik” LTD, İKB “Nikoyl” kimi iri şirkətlər Azərbaycan sahibkarlar Konfederasiyasının üzvüdürlər. Və bu iri şirkətlər ASK-ya üzvlük haqqı, daha doğrusu Məmməd Musayevə “xərac” vermirlər. Çünki Məmməd Musayevdən heç də kiçik və arxasız deyillər.
Onu da qeyd edək ki, ASK-nın əsas işi sahibkarları məhkəmələrdə mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında hüquqlarını müdafiə etmək, biznes layihələrini hazırlamaq, treninq və seminarların təşkil etmək, menecerlərin Avropa ölkələrində təhsili, xarici ölkələrlə biznes səfərlərinin təşkili, xarici ölkələrdən ekspertlərin dəvəti, analitik informasiyaları hazırlamaq, maliyyə institutları haqqında məlumatlar toplamaq, hüquq məsləhət xidmətləri vermək, ölkə daxilində və xaricində sərgilər təşkil etmək, sahibkarların hüquqi marifləndirilməsi və biznes təkliflərinin yayılması işlərinin təşkilindən ibarətdir. Lakin faktiki olaraq, ASK öz üzvlərinə bu xidmətləri göstərmir. Həyata keçirilən tədbirlərin demək olar ki, hamısı dövlət səviyyəsində həyata keçirilir. Yəni ASK və Məmməd Musayev faktiki olaraq heç bir təşəbbüslə çıxış etmir və heç bir halda qurumun nizamnaməsindən irəli gələn fəaliyyətlə məşğul olmur. Buna görə də sahibkarlar haqlı olaraq hesab edirlər ki, bütün tədbirlər və təkliflər dövlət səviyyəsində həyata keçirildiyinə görə Məmməd Musayevin şəxsi kontoru olan ASK heç kimə gərək deyil. Daxil olan məlumatda o da vurğulanır ki, Məmməd Musayevin yığdığı üzvlük haqqlarının hara sərf olunması ilə bağlı heç kimə hesabat vermir və ondan da kimsə hesabat tələb edə bilməz. Amma bir zamanlar mətbuatın da yazdığına görə, Məmməd Musayev sahibkarlardan topladığı “xərac” hesabına qızına Badamdarda dəyəri milyon manatlarla ölçülən özəl klinika tikib. Yeri gəlmişkən mətbuatın yazdığına görə, davamlı olaraq falçıların və baxıcıların xidmətindən istifadə edən Musayevlər ailəsi hər il falçılara yüz min manatlarla vəsait sərf edirlər. Hətta, Məmməd Musayevin xanımı bir neçə il əvvəl tanımış falçı Zirəddin Rzayevə “Mersedes Gelandewagen” bağışlayıb. Şikayətçi sahibkarlar iddia edirlər ki, ASK prezidenti hər il onlardan topladığı milyonlarla vəsaiti məhz ailə işlərinə və ailə biznesinə sərf edir. Və elə bu üzdən də sahibkarlar artıq Məmməd Musayevin ailə biznesini və ailə rifahını inkişaf etdirməkdən yorulduqlarını bildirirlər.
Başqa bir qaynağın xəbərinə görə, Azərbaycan Sahibkarlar Konfederasiyası prezidenti Məmməd Musayev “Başak-İnam Sığorta Şirkəti” ASC-nin Direktorlar Şurasının sədri Akif Kərimovla ortaqdır. Akif Kərimovun ailə üzvülərindən biri (qardaşı oğlu) Milli Bankın İpoteka Kreditləri Departamentində rəhbər vəifədə işləyir və həmin şəxsin əli bir çox evlərin ipoteka kreditləri ilə alınması və bankdan külli miqdarda nəğd vəsaitlərin çıxarılması əməliyyatları həyata keçirilir. Başqa bir məlumatda isə göstərilir ki, Məmməd Musayev Sahibkarlığa Kömək Milli Fondunun direktoru Şirzad Abdullayevdən kənd təsərrüfatının inkşafı ilə bağlı kreditləri öz bankına yönləndirir və sahibkarlara ikiqat “şapka” qoyur. Bütün bunlar barədə məlumatlarla növbəti yazımızda tanış olacaqsınız. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…
E.Qasımov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zirəddin Rzayevə aylıq “dolya” verən məmur kimdir?

    Zirəddin Rzayevə aylıq “dolya” verən məmur kimdir? ...

    8-12-2013, 20:46

  • 
  • Sumqayıtlı sahibkarlar aksiya keçirirlər

    Sumqayıtlı sahibkarlar aksiya keçirirlər ...

    21-10-2013, 12:51

  • 
  • ASK-nin Prezidentindən falçıya bahalı hədiyyə

    ASK-nin Prezidentindən falçıya bahalı hədiyyə ...

    11-11-2013, 10:53

  • 
  • Vilyam Hacıyev İmişli sahibkarlarına Bakıdakı villasını təmir etdirib

    Vilyam Hacıyev İmişli sahibkarlarına Bakıdakı ...

    16-01-2013, 10:07

  • 
  • CAHANGİR HACIYEVİN CİNAYƏTLƏRİNƏ BƏRABƏR BANK CİNAYƏTLƏRİ – ÖZƏL

    CAHANGİR HACIYEVİN CİNAYƏTLƏRİNƏ BƏRABƏR BANK ...

    7-01-2016, 23:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu