GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sevinc Babayevanın oğlu Səlcuq Ağlayandan danışdı

Sevinc Babayevanın oğlu Səlcuq Ağlayandan danışdı

Tarix: 12-11-2013, 11:00 Bölmə :Ölkə Baxış: 758
  Sevinc Babayevanın oğlu Səlcuq Ağlayandan danışdı
“Onun barəsində pis heç nə deyə bilmərəm”
“Xalam nə deyib, özü bilər...”
Sabiq deputat Gülər Əhmədova ilə bağlı məhkəmənin son iclasında məlum “mandat qalmaqalı”nın tərəflərindən biri, ötən ilin 26 dekabrında dünyasını dəyişən Sevinc Babayevanın xalası və bacısı ilginc ifadələr verdilər. Onlar bildirdilər ki, İstanbulda S.Babayevanı himayə edən türkiyəli iş adamı Səlcuq Ağlayan ona pis münasibət göstərib. S.Ağlayanın S.Babayevanı ac saxladığını, onu silahla qorxutduğunu, telefon danışıqlarını daim nəzarətdə saxladığını deyən şahidlər sonuncunun G.Əhmədovanın adamı kimi təqdim ediblər.

“Yeni Müsavat”ın ötən saylarında S.Ağlayan bu ittihamlara cavab verərək, S.Babayevanın bacısı və xalasının yalan danışdığını deyib. “Sevinc sağ olsaydı, onların cavabını verərdi” deyən, S.Ağlayan mərhuməyə hər zaman bacısı kimi yanaşdığını və yardım əlini uzatdığını da vurğulayıb.

S.Babayevanın oğlu Ayxan Məmmədov da xalasının və anasının S.Ağlayanla bağlı dediklərinə qatılmadığını bildirdi. “Yeni Müsavat”a açıqlamasında A.Məmmədov türkiyəli iş adamı barədə pis heç nə deyə bilməyəcəyini vurğuladı: “Xalam bircə onu düz deyir ki, biz İstanbula gedəndə anamın yaşadığı evdə yeməyə heç nə yox idi. Biz getdik və bazarlıq elədik. Amma onun anamı ac saxladığını deyə bilmərəm. Anam hər zaman mənə deyirdi ki, Səlcuq Ağlayan pis adam deyil. Münasibətləri də yaxşı idi, bir-biri ilə mehriban idilər”.
Müsahibimiz S.Ağlayanın S.Babayevanı silahla qorxutması ilə bağlı iddiaları da yalanladı. Onun sözlərinə görə, belə bir silah səhnəsini görməyib və bu haqda hər hansı məlumatı yoxdur: “Mən sizə bir şey deyim ki. Səlcuq Ağlayan anama heç bir pislik etməyib. Əksinə, məni ölkədən buraxmırdılar. Amma o, çətin vaxtlarda yardım əlini bizə və anama uzadıb”.
A.Məmmədov xalası və anasının xalası ilə bu ifadələrlə bağlı danışmadığını dedi: “O da onların öz fikridir, nə deyə bilərəm ki? Amma xalam məhkəmədə dediklərini mənim özümə də deyib. Mən ancaq gözümlə gördüyüm şeyləri danışıram. Səlcuq Ağlayanın anama hər hansı pis münasibətini görməmişəm. Görsəm, deyərdim”.

“Yeni Müsavat”ın çapını dayandırdığı vaxt musavat.com saytında G.Əhmədovanın istintaqını aparan müstəntiq Emzar Qocayev barədə yazmışdıq. Həmin yazıda qeyd olunmuşdu ki, sabiq deputatın məhkəməsi yeni başlasa da, artıq şahidlərin işi aparan müstəntiq Emzar Qocayevdən şikayətləri, sonuncunun onlara göstərdiyi mənəvi təzyiq üsulları diqqət çəkir. Məlum olub ki, müstəntiq işi istədiyi istiqamətə yönləndirmək üçün şahidlərin ibtidai istintaqa verdiyi ifadələrinə onların adından müəyyən əlavələr edib.
Məsələn, G.Əhmədovanın deputat kimi köməkçisi, “Mərkəz” qəzetində isə katibəsi işləmiş Adilə Əlihüseynli məhkəməyə ifadəsində bildirmişdi ki, ibtidai istintaqda ifadə verən zaman müstəntiq ona təzyiq edib. Müstəntiq Emzar Qocayevin “onsuz da səndən əvvəl ifadə verənlər hər şeyi təsdiqləyiblər” deyib: “Müstəntiq deyirdi ki, onsuz da Gülər içəridədir. Başın ağrıyacaq sənin. Mən də iki aylıq körpəmlə getmişdim ora. Uşağım gözümün qabağına gəldi və dediklərini elədim”.

Adilə Əlihüseynlinin bacısı Günay Vəliyeva da ibtidai istintaqa təzyiq altında ifadə verdiyini bildirmişdi. Onun sözlərinə görə, ifadə zamanı müstəntiq E.Qocayev tez-tez otağa girərək “bunu hələ tutmamısınız”, “səni ”Sultan" restoranında Sevinc Babayeva ilı birgə görüblər" deyərək ona psixoloji təzyiq göstərirmiş.

Daha bir şahid Rüfət Hüseynovun ibtidai istintaqa ifadəsində isə göstərilmişdi ki, mərhum Sevinc Babayevaya bileti G.Əhmədovun oğlu Toğrul Əhmədovun göstərişi ilə alıb. Ancaq şahid məhkəmədə bunu təsdiq etmədi və bildirdi ki, bu barədə zamanında müstəntiq Emzar Qocayevə də bildirib: “O da dedi ki, gələcəkdə bunu bildirərsən. Amma bu dəyişiklik edilmədi. Mən buna etirazımı ərizə yazaraq bildirdim”.

Tavat Şirinova adlı şahid isə ifadəsində ciddi dəyişiklik edildiyini, məhkəmədən çıxan kimi işi aparan müstəntiq Emzar Qocayevin yanına gedib bunun hesabını soruşacağını demişdi.

G.Əhmədova elə həmin şahidin dediklərinə replika verərək, “müstəntiq mənim kimi 3 dəfə deputat olmuş bir şəxsin ifadəsini belə təhrif edibsə, bunlara da edərdi” bildirmişdi.
Sonuncu prosesdə sabiq deputat həmçinin E.Qocayevə hiddətlənərək, məhkəmə vasitəsilə “Emzar Qocayev, adam kişi olar” mesajını yollamışdı. Sabiq deputatın görə, müstəntiq onun dostcasına dediyi bəzi sözləri şahid ifadələrinə əlavə edib.
Yazı yayımlanan gün ona saytda şərh yazanlardan biri də Səlcuq Ağlayan oldu. Türkiyəli iş adamı bildirdi ki, E.Qocayev İstanbula gəlib onu dindirəndə təzyiq göstərməyə çalışıb: “Türkiyədə də mənə təzyiq göstərib, müəyyən mesajlar göndərməyə çalışdı. Mən də ona "burada demokratiya var, öz ölkənlə qarışdırma dedim".

S.Ağlayan gələcəkdə istintaqdan ona yeni bir təzyiq gələrsə, ona qarşı olan ədalətsizlikləri detalları ilə açıqlayacağını bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Sevinc Babayeva ilə eşq yaşamamışam” - Səlcuq Ağlayan

    “Sevinc Babayeva ilə eşq yaşamamışam” - Səlcuq ...

    14-11-2013, 12:55

  • 
  • Səlcuq Ağlayan bəraət aldı

    Səlcuq Ağlayan bəraət aldı ...

    21-11-2013, 02:05

  • 
  • Sevinc Babayevanın oğlu özünə vəkil tutur

    Sevinc Babayevanın oğlu özünə vəkil tutur ...

    7-02-2013, 10:46

  • 
  • Türkiyəli baş prokuror Sevinc Babayevanın işindən danışıb

    Türkiyəli baş prokuror Sevinc Babayevanın işindən ...

    17-01-2013, 11:40

  • 
  • Sevinc Babayevanın oğlu sabiq millət vəkilinə meydan oxudu

    Sevinc Babayevanın oğlu sabiq millət vəkilinə ...

    27-05-2013, 15:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu