Bu gün Bakı Ağır Cinayətlar Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın işi üzrə növbəti məhkəmə prosesi keçirilib. “Qafqazinfo”nun məhkəmədə iştirak edən əməkdaşnın verdiyi xəbərə görə, prosesdə vəkil şahidlərin dindirilməsinin kifayət etdiyini və buna görə də ötən dəfədən qalan üç şahidin ifadəsinin alınmasına ehtiyac olmadığı barədə vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib. Şahidlərin dindirilmə prosesi başa çatdıqdan sonra təqdim olunan sənədlərin araşdırlmasına start verilib. Daha sonra Sevinc Babayevanın oğlu Ayxanla Səlcuq Ağlayanın türkiyədə verdiyi ifadələr oxunub.
Səlcuq Ağlayan ifadəsində bildirib ki, Sevinclə Bakıda tanış olub. O, Bakıya ticrət qurmaq üçün gəlib. Bir gün dostları ilə istirahət edən zaman yan masada oturan Sevinc söhbətə qoşulub və özünü Məryəm kimi təqdim edib. Daha sonra Sevinc ürəyindənki ağrılarla bağlı türkiyədə müalicə olunmaq istədiyini, sonra orada qalıb ticarətlə məşğul olmaq niyyətini açıqlayıb. Secinc Babayeva Türkiyəyə gəldikdən sonra pasportunu Azərbaycana göndərdiyi üçün qaldığı evi Səlcuq Ağlayanın adına kirayələyiblər: “Sevinclə mənim aramda heç bir eşq əlaqəsi olmayıb”.
Bununla da bugunkü proses başa çatıb. Növbəti məhkəmə prosesi noyabrın 18-nə təyin edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?