Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” və “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanunlarını imzalayıb.
APA-nın məlumatına görə, ehtiyac meyarının həddi Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilib.
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilib.
Hər iki qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?