GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ANS-in erməni mahnısı qalmaqalı davam edir

ANS-in erməni mahnısı qalmaqalı davam edir

Tarix: 7-05-2014, 10:17 Bölmə :Ölkə Baxış: 620
ANS-in erməni mahnısı qalmaqalı davam edir
ANS ÇM radiosunda erməni mahnılarının səsləndirməsi birmənalı qarşılanmayıb. Hətta bu layihəyə görə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də ANS rəhbərliyini kəskin tənqid edib.
Sosial şəbəkələrdə və ayrı-ayrı müəlliflər tərəfindən internet portallarında ANS ÇM-in bu addımı pislənilir. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da bu mövqedədir. A.Nağı “Yeni Müsavat”a dedi ki, ANS-in ermənilərlə bağlı mövqeyində yumşalma var. QAT sədrinin sözlərinə görə, bu, ANS-ə yaraşan hərəkət deyil: “ANS həmişə ermənilərin işğalçı olması mövqeyindən çıxış edib. Son dövrlər bu mövqedə yumşalma müşahidə olunur. Bundan əvvəl də Kəlbəcərin işğalı mövzusunda hazırladıqları verilişdə xoşagəlməz fikirlər səslənmişdi. Amma biz ANS-in xalq qarşısında xidmətlərinə görə onları müdafiə etməyə çalışdıq. Çünki ANS rəhbərliyi Qarabağ döyüşlərində iştirak edib. İndi də bu məsələ ortaya çıxıb. Məncə, yanlış mövqe nümayiş etdirirlər”.
A.Nağının fikrincə, erməni mahnıları təbliğ ediləndə onlar özlərini daha da qalib hiss edirlər: “ANS-də xəbərlər proqramı ”Ermənistanın Azərbaycana təcavüzü davam edir" ifadəsi ilə başlanırdı. Artıq bu sözü də efirdən çıxarıblar. Nə məsələdirsə, onların mövqeyi yumşalıb. İndi təsadüfən bu layihədə iştirak edirlərsə, ondan bir yol tapıb imtina etsinlər. Zərdüşt Əlizadə, Arzu Abdullayeva kimi “xalq diplomatiyası” mövqeyində dayanıblar".
“Qarabağ Qaziləri” Birliyinin sədri Etimad Əsədovun sözlərinə görə, milli qəhrəmanın adını daşıyan radioda erməni mahnısını səsləndirmək qəbuledilməz haldır: “Ermənilərlə münasibətlər kəsilməli, onların təbliğatı dayandırılmalıdır. Bizim onlarla münaqişəmiz var və bu halda erməni musiqisini təbliğ etməyi onlara yaraşdırmıram”.
E.Əsədov qeyd etdi ki, ermənilər mədəniyyətimizi həmişə oğurlayıblar: “Hətta İrəvan radiosunda Azərbaycan mahnısı səslənsə belə, onlar bu musiqini özlərinki kimi təqdim edirlər. Biz müharibədən məğlub çıxmışıq, başımıza müsibətlər gəlib, şəhid vermişik, Xocalıda bizə zülm olunub. Bütün bunları nəzərə almaq lazımdır”.
"Qafqaz top 20" musiqili verilişində erməni mahnılarının səsləndirilməsinə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi etiraz edib. Bununla bağlı bəyanat yayan qurum belə məsələlərin yolverilməz olduğunu qeyd edib.
Qurumun sədr müavini Əbülfət Hüseynov deyib ki, ANS rəsmisi Mais Məmmədov etdiyi səhvə görə utanıb xalqdan üzr istəmək əvəzinə, öz bəd əməlinə haqq qazandırmaq istəyir: “O, yaxşı bilir ki, ermənilər Azərbaycan mahnılarını erməni mahnısı kimi təqdim edərək səsləndirir. Bunları anlamayan Mais Məmmədovu ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin də müdafiə etməsi çox acınacaqlıdır. İlk günlərdən Qarabağda gedən döyüşləri biz çəkmişik, bunu da edə bilərik demək istəməsi bizi çox təəssüfləndirdi. Bakı və Sumqayıtda 40 min erməni yaşayır, deyərək, biz buna göz yumuruq, siz də buna göz yumun demək istəyir?! Heç cür başadüşülən deyil. ANS telekanalının bu mövqeyini qəti şəkildə pisləyirik”.
ANS prezidentinin media üzrə müşaviri Mais Məmmədov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, bu məsələyə münasibət bildirilib, cavab verilib. Onun sözlərinə görə, Qarabağ bizim torpaqlarımızdır və orada vətəndaşlarımız yaşayır.
M.Məmmədov bir mahnı ətrafında yaradılan ajiotaja təəccübləndiyini qeyd etdi: “Orada yaşayanlar da bizim vətəndaşlarımızdır. İkincisi, Azərbaycanda 30-40 min erməni yaşayır. Onda gəlin onlarla futbol oynamayaq, yarışlarda üz-üzə gəlməyək, nə bilim mahnılarına qadağa qoyaq.
Bununla nə olacaq? Biz onlara göstərməliyik ki, biz vəhşi deyilik. Qoy görsünlər ki, Qarabağı işğal etdilər, amma nə qazandılar? Yəni bir mahnı üstündə yaradılan ajiotaj başa düşülən deyil. Bu işlərimizi davam etdirmək lazımdır, sayt açmaq lazımdır, həmişə hərəkət etməliyik".
ANS rəsmisi “Elə Əkrəm Əylisli də kitabında bunu deyirdi, Leyla Yunus da "xalq diplomatiyası" layihəsində bunu nəzərdə tuturdu, onda onları niyə efirdə tənqid edirsiz" sualımıza belə cavab verdi: “Biz heç kimə sataşmamışıq, vurmamışıq, danlamamışıq. Əkrəm Əylisliyə gəldikdə, bu başqa məsələdir. Əkrəm həqiqətən düz etməyib. Mənim 76 yaşım var. Qarabağda döyüşlərin ən şiddətli vaxtında hər yerində olmuşam. Biz axı uşaq deyilik, hər şeyi yaxşı bilirik”.
Xatırladaq ki, ANS ÇM radiosunda “Qafqazın TOP-20 mahnısı” adlı verilişdə erməni mahnısı səsləndirilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ANS-Nuşirəvan Məhərrəmli davası səngimir

    ANS-Nuşirəvan Məhərrəmli davası səngimir ...

    4-05-2014, 11:50

  • 
  • Nuşirəvan Məhərrəmlidən ANS-lə bağlı AÇIQLAMA

    Nuşirəvan Məhərrəmlidən ANS-lə bağlı AÇIQLAMA ...

    20-07-2016, 01:28

  • 
  • “ANS-in sifəti pornoqrafiya deyil…” - Əməkdar jurnalist

    “ANS-in sifəti pornoqrafiya deyil…” - Əməkdar ...

    7-10-2015, 21:44

  • 
  • ANS-i BAĞLAYIRLAR. LİSENZİYA VERİLMİR

    ANS-i BAĞLAYIRLAR. LİSENZİYA VERİLMİR ...

    12-08-2013, 17:45

  • 
  • Ulvira ANS-dən qovuldu

    Ulvira ANS-dən qovuldu ...

    25-07-2013, 12:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu