Ermənilər QAT sədri Akif Nağının bu günlərdə Gürcüstandakı erməni təxribatları, azərbaycanlıların problemləri və sair məsələrlə bağlı Gürcüstan prezidentinə məktubuna kəskin reaksiya veriblər. QAT-ın bu barədə açıqlamasında deyilir: “Hirslərindən bilmirlər nə etsinlər, xəstə təxəyyüllərinə gələni yazır, “belə deyilən”, “Qarabağda bir dəfə də olmayan”, “silahı tanımayan” kimi sərsəm ifadələrlə QAT-ı və Akif Nağını hədəfə götürürlər. Necə deyərlər, arqumentlər qurtaranda sərsəmlik, idiotizm başlayır. İndi bizim reaksiya verməyimizə sevinəcəklər ki, onları adam yerinə qoyub münasibət bildirmişik. Qoy sevinsinlər. Əgər idiotizmin o həddinə çatıblarsa ki, belə şeylərə sevinirlər, qoy sevinsinlər. Biz erməniləri təhqir etmək istəmirik, olanı yazırıq, neçə illərdir, yazır, deyirik, amma heç bir xeyri yoxdur, düzəlmirlər. Dünya da bizi qınamasın. Heç kəs bizim kimin qonşuluğundan yaşamaq zorunda qalmağımızdan xəbərdar deyil. Allahdan nə qədər uzaq, şeytana bir o qədər yaxın olan bir toplumla qonşu olmağın əzab-əziyyətini biz çəkirik. Allah bunu heç kəsə göstərməsin”. QAT ermənilərin yazdıqları yazılardan birini, “panarmenian.net” saytında dərc olunan “redaksiya məqaləsini” idiotizmin nümunəsi sayaraq yayımlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?