“Ermənistan əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları qeyri-etik şəkildə davam etdirəcək”.
Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə bildirib. Onun sözlərinə görə, Ermənistan danışıqlarda imitasiyaya davam edəcək. Bu da danışıqların nəticəsiz qalmasına gətirib çıxaracaq:
“Azərbaycan bütün imkanlardan istifadə edərək, Ermənistana qarşı beynəlxalq təzyiqləri daha da artırmalıdır. Biz bu məsələni beynəlxalq təşkilatlarda daha aktiv gündəmə gətirməliyik. Bu təzyiqlərlə işğalçı Ermənistanı qeyri-konstruktivlikdən uzaqlaşdıra, etik qaydada danışıqlara cəlb edə bilərik”.
A.Mollazadə bildirib ki, əslində Ermənistan hərbi forpostdur və qərarları özü vermir: “Ermənistana zor tətbiq etmədən, regionda gedən proseslərdən təcrid etmədən sülhə məcbur edə bilmərik”.
O, Azərbaycanın xarici siyasətinin bu yöndə fəaliyyət göstərdiyini də qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?