Bu gün Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsinin müzakirəyə çıxarılıb.
Avropa.info-nun məluatına görə, müzakirələr zamanı Sumqayıtdan seçilən millət vəkili Leyla Abdullayeva Bakı-Sumqayıt istiqamətində yaranan tıxacların aradan qaldırılmasını gündəmə gətirib. O bu istiqamətdə yaranan tıxacları aradan qaldırmaq üçün alternativ yolun salınmasının vacibliyini qeyd edib: "Bu, metro və yaxud sürətli elektirk qatarı formasında ola bilər. Bunun üçün Azərbaycanın imkanı var".
Deputat Əli Hüseynli isə mənzil-kommunal sahəsi fundamental islahatların aparılmasını qeyd edib: “Hər il bu sahəyə büdcədən kifayət qədər vəsait ayrılsa da, uğurlu nəticə əldə edə bilmirik. Əgər biz bu sahədə Avropa standartlarını tətbiqini istəyiriksə, o zaman ciddi islahatlar aparılmalıdır. Bu islahatlar nəticəsində büdcədən ayrılan vəsasiti də azalda bilərik”.
O eyni zamanda dağlıq ərazilərdə yeni yaşayım massıvlərinin yaradılmasını təklif edib: "Bu gün işğal altında olan ərazilərimiz dağlıq rayonlar olduğundan və gələcəkdə o ərazilərdə yaşayış vərdişlərini yaradılması məqsədi ilə belə yaşayış massivlərinin salınması məqsədəuyğun olardı".
Deputat Musa Qasımlı uşaq televiziyasının yaradılmasının vacibliyini qeyd edərək bildirib ki, belə bir kanal Az.TV-nin nəzdində olsa, yaxşı olardı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?