“Əgər bizim elmimizə sağlam rəqabət gəlməsə, büdcədən nə qədər vəsait ayrılsa da elm inkişaf etməyəcək. Bunun üçün qabaqcıl ölkələrin təcrübəsindən yararlanmalı idik. Bu büdcədə nəzərə alınmalı idi”. Modern.az bildirir ki, bu sözləri parlamentdə büdcə müzakirələri zamanı deputat Musa Qasımlı bildirib.
Elm üçün nəzərdə tutulan xərclərin keçən illə müqayisədə 12,5 faiz artmasının müsbət addım olduğunu deyən deputat qeyd edib ki, elm təyinatlı infrasturukturların yaradılmasına vəsaitin ayrılması da önəmlidir.
“Təhsilə ayrılan xərclərin artırılması müsbətdir. İstedadlı gənclər üçün vəsaitin ayrılması dövlətin istedadlı olan gənclərə qayğısının nəticəsidir. Ən ucqar dağ kəndlərində ən müasir avadanlıqlarla məktəblər tikir. Hörmətli təhsil nazirimiz təhsilimizə keyfiyyətin gəlməsini düşünməlidir və bu məsələ ciddi nəzərə alınmalıdır”.
Daha sonra deputat ölkədə uşaq televiziyasının yaradılmasının vacibliyini bildirb.
“Mütləq uşaq televiziyası yaradılmalıdır. Bu telekanal özəl yox, yalnız AzTV-nin nəzdində yaradılmalıdır. Uşaq televiziyasını özəl kanallar şəklinə salmaq olmaz”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?