Əhalinin aztəminatlı hissəsinin evlə təmina edilməsi Azərbaycan iqtisadiyyatına güclü təkan verə bilər. Bunu Milli Məclisdə 2014-cü il büdcəsinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli bildirib.
Onun sözlərinə görə, Almaniyanın müharibədən sonrakı təcrübəsi, insanları evlərlə təmin etmək, iqtisadiyyatin böyük irəliləyişinə səbəb olub. “Bu təcrübəni Azərbaycanda da tətbiq etməklə iqtisadiyyatın inkişafına nail ola bilərik. Bunun üçün ucuz qiymətə hər kvadratmetri 50-100 manata olan “xalq evləri” tikilməlidir. Bununla biz həm aztəminatlı təbəqənin evlə təmin olunmasına nail oluruqsa, digər tərəfdəndə iqtisadiyyatın güclənməsinə nail olacağıq.”, - o qeyd edib. Əyalətlərin vəziyyəti haqqında danışan Ə. Məsimli bildirib ki, dövlətin qarşısında əsas 4 problem durur. “Bunlar elektrik, su, qaz və yol probleminin həllidir. Əgər buna nail olunarsa, o zaman regionların da sürətli inkişafına nail ola bilərik. Digər əsas məsələlərdən bir də yerlərdə yüksəkmaaşlı iş yerlərini açmaqdır. Bu, bir daha özünü son dövrlərdəki Rusiyada yaşanan miqrasiya problemində özünü göstərdi. Biz yerlərdə yüksəkmaaşlı iş yerləri açmaqla həm miqrant probleminin, həm də regionların inkişafını təmin etmiş olacağıq”, - millət vəkili deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?