Gürcüstan sahil mühafizə polisi ölkənin Abxaziya sahillərindəki ərazi sularında Azərbaycan vətəndaşı tərəfindən idarə olunan çoxməqsədli gəmini saxlayıb.
Virtualaz.org gürcü qaynaqlarına istinadən xəbər verir ki, “İrem” adlı gəmi Türkiyəyə doğru istiqamət alıbmış.
Qeyd edək ki, Gürcüstan işğal altındakı dəniz sularında xarici gəmilərin hərəkətini qadağan edib və vaxtaşırı olaraq bu qadağanı pozan gəmiləri saxlayır.
Gəmi saxlanılarkən göyərtəsində kapitan, Azərbaycan vətəndaşı Avif Meçio və heyət üzvləri olublar. Heyət üzvlərindən 5-i Ukrayna, 2-si isə Azərbaycan vətəndaşıdır. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə araşdırma aparılır. Gəmi Beliz bayrağı altında üzüb.
Sorğu
Yeni dizaynımız necədir?