Döyülən qadının oğlu: “Bilsəydim, ikisinin də başını kəsərdim”
Hadisə Bakıda namus üstündə anasının xənəndə sevgilisini öldürən oğulun məhkəməsində qalmaqal olub. Milli.az-ın məlumatına görə, xanəndə Samir Mustafayevin qətlində təqsirli bilinən 16 yaşlı Aydın Orucovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesində qanlı hadisəyə səbəb olan ana döyülüb.
Xatırlatma üçün bildirək ki, ağır cinayət hadisəsi iyulun 12-si gecə saat 02 radələrində Nəsimi rayonu, Salamzadə küçəsi, 34 ünvanda baş verib. Qətldən sonra hadisənin əsl səbəbi araşdırılıb. Məlum olub ki, S.Mustafayev ilk olaraq mənzilə oğurluğa girən bir şəxs kimi öldürülüb. Lakin qətlinin əsl səbəbi mərhumun mobil telefonuna gələn sms oxunandan sonra məlum olub. Hadisə baş verən gecə Aydın Orucov yaşadığı evin ikinci mərtəbəsindən aşağı düşüb. Anasının yatdığı birinci mərtəbədə səs eşidib. Evə oğru girməsindən şübhələnən Aydın əlinə bıçaq götürərək içəri keçib. O, evdə Samirlə rastlaşıb. Onlar arasında dava düşüb. Aydın bıçaqla Samirə iki zərbə vursa da, onu əlindən buraxıb.
Samir evdən zorla çıxaraq ayaqyalın qaçmağa başlayıb. Onu təqib edən Aydın Samiri “Papanin” körpüsünün altında tutub. Orada da əlbəyaxa olublar. Samir fiziki cəhətdən güclü olduğundan Aydının boynunu qolları arasına alaraq sıxıb. Boğulduğunu görən Aydın bıçaqla ona yenidən bir neçə zərbə vurub. Zərbələrdən sonra Aydını buraxan Samir taksiyə minib və sürücüyə 1 saylı Şəhər Xəstəxanasına sürməsini əmr edib. Taksi xəstəxanaya çatanadək Samir maşında keçinib. Aydın polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Orta məktəbin 11-ci sinif şagirdi olan Aydın ifadəsində Samiri evlərinə məhz oğurluğa girməsinə görə vurduğunu deyib. Lakin istintaqçılar Samirin mobil telefonuna gələn sms-lərdən sonra qətlin əsl mahiyyətini ortaya çıxarıblar. Məlum olub ki, Samirin telefonunda son sms Aydının anası tərəfindən yazılmış “Qapı açıq olacaq, girərsən içəri” olub. Bu sms-dən sonra Samirin Aydıngilin evinə hansı məqsədlə getməsi aydınlaşır. Tutulandan sonra öldürdüyü Samirin anası ilə münasibəti olduğunu bilən Aydının sözləri belə olub: “Bilsəydim, ikisinin də başını kəsərdim”.
Aparılan istintaq başa çatandan sonra iş məhkəməyə göndərilib. Hadisə şahidlərinin verdikləri məlumata görə, S.Mustafayevin və təqsirləndirilən tərəfin adamları A.Orucovun anasını döyüblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?