“Altay Göyüşov Bakı Dövlət Universitetinin dosentidir. Biz onu uzun müddət ABŞ-a elmi ezamiyyətə göndərdik. Gələrkən düşünürdük ki, biz ondan səmərəli istifadə edəcəyik. Həm müəllim kimi yenidən bərpa etdik, həm də ona islam araşdırma mərkəzində aparıcı elmi işçi vəzifəsi verdik. Bu mərkəzdə artıq bir neçə ildir işləməsinə baxmayaraq, heç bir layihə həyata keçirməyib, hətta işə də getməyib”.
Bu sözləri jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O, BDU-nun müəllimi Altay Göyüşovun universitetdən xaric edilməsinə ilə bağlı xəbərlərə münasibət bildirib.
Rektorun sözlərinə görə, A.Göyüşova dosent və elmi işçi kimi əlavə maaş da veriblər ki, BDU üçün islam araşdırma mərkəzində islamşünaslığı araşdırmaq üçün layihələr hazırlasın, ancaq nə layihə əldə edilib, nə araşdırma aparılıb, nə də hansısa qrup bu məsələ ilə bağlı iş görüb: “Biz hiss etdik ki, Altay müəllim ABŞ-da həddən artıq demokratik düşüncə formalaşdırıb. Yəni aylarla işə getməmək, layihə işləməmək olar. Ona görə də biz onun işə gəlmədiyini nəzərə alaraq, dosent kimi yox, islam araşdırma mərkəzində tutduğu vəzifə ilə bağlı məsələsini müzakirə etməyə qərar verdik. Təsəvvür edin, ortada heç bir şey yoxdur və sən pul da alırsan”. /Lent.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?