“Niyə xaricdəki puldan 2 milyardını ölkəyə gətirmirsiniz?”
Virtualaz.org bildirir ki, BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisdə 2014-cü il dövlət büdcəsinin müzakirəsi zamanı Azərbaycanın xaricdə olan rezerv pullarının bir hissəsinin ölkəyə gətirilməsinin zəruriliyinə toxunub: “Hökumət nümayəndələri burada əyləşib. Mən Milli Bankın sədrindən soruşuram, niyə xaricdəki puldan 2 milyardını ölkəyə gətirmirsiniz? Cənab prezident bununla bağlı göstəriş vermişdi. Biz pullarımızı xaricdə 0,89 faizlə saxlaylırıq. Olmaz ki, bu maliyyəni ölkəyə gətirib 10 faizlə sahibkarlara verək?”
Q.Həsənquliyev deyib ki, əgər biz bazar iqtisadiyyatına keçmişiksə, hər şeyi dövlət etməməlidir: “Hesab edirəm ki, hökumət təhsildə, iqtisadiyyatda, səhiyyədə islahatlara getməlidir”.
Spiker Otay Əsədov deyib ki, deputatın qaldırdığı məsələlərə Milli Bankın rəhbəri cavab verəcək: "Amma mən deyim ki, bütün maliyyə rezervlərini kredit adına vermək olmaz".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?