Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. 23 yaşlı Ruslan Quliyev özünü yaşadığı evin dəhlizindən kəndirlə asıb.
“Qafqazinfo”nun APA TV-yə istinadən məlumatına görə, hadisədən ilk öncə mərhumun qohumları ailə üzvləri xəbər tutublar. Mərhum hadisə baş verən ünvanda yəni Rəşid Məmmədov 17, mənzil 11 ünvanında tək yaşayırmış. Hələlik intiharın baş vermə səbəbləri bəlli deyil.
APA TV-nin xəbərinə görə, rayon ərazisində daha bir xoşagəlməz hadisə qeydə alınıb. Hüseynbala Əliyev kücəsi 5, mənzil 97-də yaşayan 68 yaşlı İmran Hüseynov gözünün zədələnməsi şikayəti ilə xəstəxanaya gətirilib. Ailə üzvləri zərəçəkənin gözünə cöp batdığını desələr də, polisi ilkin versiyasına görə, ailə münaqişəsi zəminində münaqişə baş verib. Nəticədə kiş gözündən xəsarət alıb. Onun oğlu ilə mübahisə etdiyi, və xəsarət aldığı ehtimal olunur. 19 -cu polis bölməsindən verilən məlumata görə, sahə müvəkkili, əməliyyatçılar dəfələrlə qeyd olunan ünvana getsələr də, ailə üzvlərindən qapını açan olmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?