Bakı şəhərinin Xətai rayonu ərazisində Neapol prospekti, 43 ünvanında yerləşən liseyin 2 saylı yataqxanasının həyətindən 1978-ci il təvəllüdlü Həsənov Rəşad Nurəddin oğlunun cəsədi tapılıb. İlkin müayinə zamanı meyitin baş nahiyəsində küt alətlə yetirilmiş xəsarətlə aşkarlanıb. Qətlin kim tərəfindən hansı şəraitdə və nə səbəbdən törədilməsi məlum deyil. Lent.az-ın əldə etdiyi məlumata görə, R.Həsənov polis serjantıdır. O, Sabunçu rayon mühafizə şöbəsində çalışırmış. Qətlə yetirilmiş 35 yaşlı polis əməkdaşının 2 uşağı qalıb. Faktla əlaqədar cinayət işi açılıb. Əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?