Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı, Bəxtiyar Hacıyev haqqında sərt yazı yazıb və onu öz facebook hesabında paylaşıb. Məlumata görə sosial şəbəkədə paylaşılan yazı 4 hissədən ibarətdir. R.Hacılı yazı baş vermiş hadisələr üzərində yazıb və şahidlərinin olduğunu bildirib. Yazının birinci hissəsi "Bəxtiyar Hacıyevin ilk saytı - məhbbət.com" adlanır. Bu hissədə Ramin Hacılı, Bəxtiyar Hacıyevin həbs olunmasından və həbsdən azad olunmasından yazıb. Ümumi yazıda Bəxtiyar Hacıyev haqqında faktlar açıqlayan Ramin Hacılı, onun Hafiz və Vilyam Hacıyev qardaşları ilə qohumluğundan, hrbi xidmətə yollanmamasının səbəblərindən azyaşlı qız uşaqları ilə yaxınlıq etməsindən, hakimiyyətlə ilk təmasından, Fətullah Gülənlə münasibətlərindən və sair hadisələrdən yazıb. Həmin yazını təqdim edirik: "1. Bəxtiyar Hacıyevin ilk saytı – məhəbbət.com Gəlin səmimi olaq, bütün yazdıqlarımın üstündə sonuna qədər dayanmışam və dayanacamda. Bilən, bilməyənlər düşüblər ortaya ki, niyə Ramin Hacılı Bəxtiyarın az yaşlı qızlarla "screenshoot"larını yaydı. Siz neçə dəfə aldadılmısınız? Sizi sifarişlə həbs etdirmək istəyənin qarşısında sakit qalardınızmı? Bəxtiyarı tanımadığım vaxtlarda yəqin ki, elə mən də sizin kimi davranardım. Məni indiyə qədər aldadan əmin olun sizi də aldadacaq. Çünki, yalan bir huydur və bulaşıcı xəstəlikdir. Bu xəstəlikdən əziyyət çəkən isə, zamanında onu tanımayan məni necə aldatdısa sizi də aldadacaq. Onu, azca tanıyanlar artıq mənlə razıdırlar. 2007-ci ilin soyuq yanvar ayı idi. Emin Milli mənə zəng edərək həyacanla dedi: "Ramin, Bextiyarı tutublar. Gəl görək nə edə bilərik". Mən apar topar evdən çıxdım. Görüşdük və getdik Bəxtiyar Hacıyevin (bundan sonar B.H) saxlandığı polis idarəsinə. Yolda mən E. Milliyə onun B.H-in hüquqlarını müdafiəsinə rəhbərlik etməsini təklif etdim. Lakin o və digər dostlar mənim olmamı israr etdilər. Belə də oldu. Bəxtiyar Hacıyevin Hüquqlarını Müdafiəsi Komitəsinin rəhbəri Ramin Hacılı oldu. Biz polis idarəsinə çatdıq. Orda bizi uzaqlaşdırmaq istəyəndə əli silahlı polislə mənim mübahisəm, qəhramanlıq kimi ağızdan-ağıza dolaşacaq, bir ay sonra isə unudulacaqdı. Polis İdarəsindən çıxan kimi Dalğa Gənclər Hərəkatının üzvlərini və "Alma" qəzetinin kollektivində ərkim çatan dostları redaksiyaya dəvət etdim. Zahir Əzəmətin, Həbib Müntəzirin və Rövşən Nəcəfovun xüsusi zəhmətini heç vaxt unutmaram. 2 gün gecə-gündüz yatmadan çalışdıq. Xatırlayanlar bilir necə döyüşürdük. Nəhayət xəbər aldıq ki, B.H. azadlığa çıxdı. Emin Milli ilə birlikdə bütün dostları topladıq. Uğrunda döyüşdükləri lider gələcəkdi və təşəkkür nitqi ilə çıxış edəcəkdi. Lakin o həbsdən çıxdı və Gənclər İdman Naziri Azad Rəhimovla görüşə getdi. Ordan çıxanda gələcəyini dedi, amma yenə gəlmədi. Ertəsi gün onun təklifi ilə mətbuat konfransı təyin etdik. BMM-də baş tutacaq tədbirə son anda gələ bilməyəcək, bu dəfə isə jurnalistlərin yanında bizi pərt edəcəkdi. Onu tanıyanlar bizə B.H.-i əbəs yerə müdafiə etdiyimizi deyirdi. "O siyasətə "məhəbbət.com" saytı ilə gəlib. Onun pisixi problemləri var!" kimi sözləri dəfələrlə demələrinə baxmayaraq mən onları eşitmirdim. Biz bu məlumatı gizlətdik və onu qorumağa, böyüklük etməyə, anlamağa davam etdik. "Alma" qəzeti vasitəsi ilə təbliğinə bir an belə dayanmadan davam edəcək, qarşılıq gözləmədən "borcumuzu" yerinə yetirirdik. Sonradan anlayacaqdıq ki, səhv etmişik. 2. Bəxtiyar Hacıyevin hakimiyyətlə ilk təması Əslində Bəxtiyarın hakimiyyətlə ilk təmasının bu olmasını mən düşünürəm. Çünki, onun yaxın qohumları olan İmişlinin icra başçısı Vilyam Hacıyev ilə balıqların ən məhşuru Hafiz Hacıyevi bura qatmıram. Bu ailənin siyasi "karyerası” belə qurulub. 2007-ci ilin yayında B. H. Alma qəzetinin redaksiyasına gəlib məsum sifət alaraq dedi ki, ABŞ-a oxumağa gedir, onu siyasi mövzularda danışdırmayaq. Hökumətlə anlaşıb və Harvardda oxuması üçün ona böyük məbləğdə vəsait ayrılacaq. Bir ay sonra yenidən gəldı və nurçu görkəm alaraq dedi: hökumət onu aldadıb. Pul verməyəcək. Elə bil bizi aldatmışdılar. Özümüzə əl qatdıq. Dalğa GH-nın aksiyaları, Almanın yazıları, məmurlara müraciətlər, TV lərdə çıxışlar və s. O, isə bizdən sadəcə daha çox dəstək istəməyə davam edirdi. Sonradan hardansa, nə qədərsə pul tapdı və getdi oxumağa. Biz yaddan çıxdıq. Bu qədər hadisələr oldu, Alma qəzəti bağlandı, dalğaçılar polis tərəfindən dəfələrlə saxlanıldı, bir dəstək, bir səs eşitdik? Yox! 31 dekabrda prezident çıxışı edib "youtub"a yerləşdirirdi. Bəxtiyar Hacıyev hərbi xidmətə niyə getmədi? B.H. Bakıya döndü. Bizi nə görür, nə yada salırdı ki, birdən hərbi xidmət məsələsi çıxdı. Azərbaycan hökuməti Zamın Hacı, Enulla Fətullayev, Fazil Mustafa , Xalid Bağırov kimi onu da hərbi xidmətə yollamaq istədi. Haqlı ididə. Bəxtiyar mənim kimi mənfi 6 eynəklə gəzmir, şikəst deyil, topal deyil niyə getməməlidir əsgərliyə bu qədər ciddi siyasi iddiaları olan bir şəxs? Deyə düşünmürdüm o vaxtlar. Dedi "öldür getmərəm”. Gəldi tapdı bizi: "Yardımçı olun məni aparıb orduda öldürəcəklər, ağlınız ona buna getməsin mən, Azərbaycanın Sakşvilisiyəm, bilirəm hansı məmurlar məni məhv etmək istəyir və adlar açıqlayacam”. Biz də inandıq. (Hələ də o adları açıqlamayıb). Yenə başladıq müdafiə kampaniyasına. Gürcüstana getmək istəyərkən sərhəddə saxladılar. İlk zəngi mənə oldu. Toplandıq və fəaliyyətə başladıq. Ertəsi gün azadlığa çıxdı. Biz də Zaur Əkbərlə mətbuat konfransı təşkil edib, Beynəlxalq təşkilatları toplamışmışdıq. Telofonla qoşuldu və dedi ki: Məsələni siyasiləşdirməyin. Hər şey yaxşıdı. Di gəl beynalxalq təşkilatlara rüsvay ol. Gəldi Bakıya, sərbəst gəzir. Şizofren kimi deyir ki, ad açıqlayacam. Heç kim bunu həbs etmək barədə heç düşünmürdüdə. Birdən 2011-ci ilin martında qızışdı. İnqlaba lider olmaq istəyib (bəlkə də tapşırıq aldı) hətta Polisə müraciət yazdı. Bir də gördüm sms gəldi: "TUTULDUM”. "Polis 72 sümüyümü, 3 başımı, 16 ayağımı sındırıb" kimi söhbətlər edir. Dedim get əsgərə heç nə olmaz. Dedi Gürcustanda Doktorantura oxuyur və əlində sənədi var. Bunu əsas alıb başladıq müdafiəyə. Xalid Bağırov vəkili idi. Soruşdum sənədi var? Bildirdi ki, deyir var amma göstərmir. Sən demə bunun adından nə etibarnamə ilə, nə faksla, nə maillə bu sənədin heç kopyasın almaq olmazmış. Gərək getsin özü cibinə qoyub gəlsin. Dedim qardaş adamın abrı olar. Sənəd zad yoxdu bu bir, ikincisi hərbi xidmətdə ona hec nə olası deyil, üçüncüsü adam nə qədər yalan danışar? Artıq bezmişdim. Onun lehinədə hec nə etməyəcəm, yaxamı da cırmayacam. Qanunu qoyarlar adamın qabağına, deyərlər nə istəyirsən ay qardaş? Getsin hərbiyə. Mən nə deyəcəm? Obyektiv olmur axı. Belə də etdim. Barəsində pis hec nə danışmağa ərkim çatan heç bir dostumu belə qoymadım. Mən hardan bilə bilərdim ki, Fətullah Gülən məktəblərinin "seçilmiş” şagirdləri əsgərə getmirlər, ordu "kafir” sistemi olduğuna görə. 3. Bəxtiyar Hacıyev AXCP və Müsavatı necə aldatdı?! Həbsdən məktublar yazmağa başladı. Dünənə qədər qaraguruh dediyi Müsavata, AXCP-yə, NİDA ya Dalga GH-ya və s. Hər kəs onun müdafiəsinə qalxdı. Lakin, qanuna görə haqsız idilər. Onunla ABŞ dovlət katibi görüşmək istədi. Dedilər bir yol var, ay xanım, Azərbaycan Prezidentinə ərizə yazsın. O da İlham Əliyevə müraciət edib azadlığa çıxdı və bundan sonra Hilari Kilintonla görüşdü. Müsbət Dəyişikliyə qrant ayrıldı. İaənələr verildi. O həbsdən çıxdı və hamı onu tanıdı. Mif dağıldı. Həbsdə olanda onun üçün təşkilat qurub döyüşən gənclər hardadı? Hanı o təşkilat? Nədi onun fəaliyyəti ABŞ-ın havası barədə statuslar yazıb like toplamaq? Türmədən çıxan kimi, AXCP və Müsavat bir cavab: "muxalifət elə bilməsin onun yanında olacam!” Tənqid və ağıl vermələr başladı. Budur özünü əsrimizin Sakaşvilisi bilənin məntiqi. Başladı yeni mif yaratmağa. Yadınızda deyil orda burda hər kəsə nazir muvini gedəcəyini deməyi? Camaatda deyir ay kişi biz bunun azadlığı üçün vəzifəmizi risqə atırıq, bu da deyir hökumətin peşkası olmaq üçün çalışırdım. Gənclər bundan təhsilləri üçün dəstək istədi. Bu da şirkət yaradıb pullu xidmətə keçdi. Bu günə qədər bir fədakarlığını görmüsüz bunun? Mən kreditlə neçə nəfərin təhsil haqqını ödəmişəm, amma deməmişəm. Bəs niyə mən ondan az vətənpərvər oluram? Çünki Harvard deyir hər sözündə? Məgər vətənə xidmət vətədaşlara dəstək deyilmi?! Bəxtiyar Hacıyevin mənə yaxşılığı nə olub? Maliyə problemim vardı. Hər kəsdən yardım istəyirdim. Çox ağır günlər idi. Bəxtiyar Hacıyevdən də yardım istədim. Dedi zənglə olmaz facebookda yaz (yəni fakt olsun) dərdimi yazdım ona. Mənə axmaq axmaq suallar və məsləhətlər verməyə başladı. (Səni darda qoyanların adın yaz, onları ifşa et və s). Nəhayət 2 min AZN borc verdi. Mən hardan bilə bilərdim ki, Bəxtiyardan pul aldıqdan sonra, istəyirsən borcunu qaytar, istəyirsən 10 qatını qaytar bu adamın hər dediyini, hər edəcəyini dəstəkləməlisən. Cinayətini görsən üstün keçib, şərik olmalı olacaqsan. 13 yaşında qızın haqqını, namusunu ayağının altına atanda "udub” oturacaqsan. Bilə bilməzdim, çünki abilərinin "seçkini” deyiləm. Ama, borc verdiyi üçün status yazıb bir xeyli təriflədim. Biz o adam deyilik ki, yaxşilığı qiymətləndirməyək. Bu da ciddi cavab yazdı statusunda: "Dəstək lazım olanda Bəxtiyar yada düşür, təhsil dalınca gedəndə başqa şirkətə müraciət edirlər və s" Bu cür facebook profilinə gül şəkili qoyan qızların söhbətinə 500 like gəldi. Ya siz axmaqsız ya da bu ölkədə fikirə yox onun müəllifinə baxılır. Harvardı bitiribsə söysə like etməliyik prinsipi ilə. Borcu qaytardım. İndi nə olur yazırki sənə yaxşılıq etmişəm. Ay qardaş bəs mən sənə etdiyim yaxşılıqlar, deyilmirsə yaxşılıq hesab olunmur? İndi sən bir dəfə borc verib geri almısan deyə nə etməliyəm, gözümü, ağzımı yummalıyam? Hər yerdə bunu yazır, deyir, qışqırır, aykido göstərir. Yaxşı indi mən buna görə statusu yazıb təşəkkür etmişəm axı sən bugünə qədər sənə yaxşılıq edənlərin hamısına arxavı çevirmisən! Məndən başqa sənə yaxşılıq edənlərə nə etmisən? 4. Bəxtiyar Hacıyev PEDOFİLDİ! Gələk Amerika kimi ultra liberal ölkədə, dünyanın ən ciddi universitetlərindən biri olan Harvardın məzunu Bəxtiyarın az yaşlı qızlara seks skandalına. Heç kim artislik etməsin. Mərd və dürüst olun. Bütün ictimai sektor bu sohbətləri bilir. Cox adamda screenshoot var. Özü belə danmır və deyir hamının səhvi, şəhvət duyğusu var və s. Bunu deməklə sizədə pedofil deməyinin bəlkə fərqində deyilsiniz, ama mən şəhvət hissinə hakim olduğum üçün insan hesab olunuram. Allah qorusun, belə adamın əlinə hökümət keçsə, küçəyə gərək vətəndaş qızını, oğlunu qoymasın. Bu günə qədər mənim yanımda onun barəsində ən aşağılayıcı yazışmalardan danışanlar hansı üzlə onu mudafiə etdi?! Kimə əxlaq dərsi keçirsiz? Mənim bir əxlaqsızlığım olsa idi, bu qədər düşmənin biri sevə sevə çıxardardı. İkincisi mən sizə fakt qoyuram ki, ay qardaşlar, ay bacılar bunun fizioloji problemləri var gələcəyimiz belə insanların əlinə keçsə nə olar? Bəziləri mənə qarşı qəhrəmanlıqdan danışır. Guya mən bilmirəm onu etmək mənim imicimə zərbə vurur? Zərbəni mənim icimicə vurmurlar, həqiqətin imicinə vururlar. Guya hansısa fake profildən və ya səhifədən paylaşa bilməzdim? Guya Reyhan Dumandan və ya bir başqa dostdan xahish etsəm paylaşmazdı? Bəs niyə birbaşa öz adımdan etdim? Haşiyə: Bəxtiyar Hacıyevin mənsub olduğu nəsil unikal nəsildi. Mənim valideyinlərimi təhqir edənlər və təhqiri bəyənənlər bir müqaisə etsinlər. Hafiz Hacıyev+ Vilyam Hacıyev= Bəxtiyar Hacıyev. Hafiz Hacıyev deyildi bu ölkənin siyasətinə seks biabırçılığı, təhqir, təhdid, gay, əqidəsizlik (Elçibəyi komandasında olub, Heydər Əliyevi söyüb, sonrada tərifləmək) ənənəsi gətirən? Vilyam Hacıyev rayon rayon başçı gəzir, indidə İmişlidədi. Kefidə kökdü. Hərdən jurnalist zad məhkəməyə verib boğazını üzmür? İndi buda onlardan olan Bəxtiyardıda, az yaşlı qızada girişəcək, evinədə çağıracaq, hələ bir zorlayacaqda. Bizədə borc verib deyə, onu yaxşı halda alqışlamalı, pis halda susmalıyıq. Sonrada adımızı siyasətçi qoyub xalqa atış gəlməliyik. Mən bu fikiri ictimailəşdirdim: "Məqsədimi açıq deyirəm. Adamı o qədər gözdən salacam ki, onu ciddiyə alıb mənə qarşı ittiham irəli sürülməsin. Azərbaycan dovləti tərəfindən mənə səfərlə bağlı heç bir sorğulama olmayıb. Əgər olunsa və ya hər hansı başqa maddə ilə həbs olunsam (ki, buna inanmıram) əsl səbəb bu olacaq." Screnshotun uzərindəki yazımı oxuyun bir daha. 1. Bununla həm her kəsə mesaj verdimki öz adımla heç nədən çəkinmədən mənim həbsim üçün oyunda iştirak edənlərə dərs verəcəm. Bu hal Eynulla Fetullayevlədə bağlı olmuşdu. 2002-də Ermənistana gedəndən sonra ona qarşıda belə ittihamlar irəli sürüldü və sonradan o bəhanə ilə həbs olundu. Senari eynidi. Balıq Hafizdə bu işdə Bəxtiyar kimi Harvard oxumadığı üçün daha təcrübəsiz davranır. 2. Mən eşidib inanmadığım bir mənzərəni gördüm. Maraqlandım və məlum oldu ki biri 13, digəri 16, yaydığım isə 17 yaşlı qızdıki bu sex təklif edir. Bu pedofillik deyil bəs nədi? Məhəbbət.com? İndi mənəm əxlaqsız? Yoxsa sizin də zibilləriniz var deyə qorxursunuz? Bəlkə bu kimi tendensiyaların yaranmasından çəkinirisiniz? Mənim barəmdə söyüşlər yazan, xanımlara onun bunun altında qalan deyən, bu "intiligent” 13 yaşlı qızın adın eşidən kimi sildi o statusu. Sadəcə smslə bunu yayacağımı dedim çəkindi. Siz isə o əxlaqsız statusları bəyənib bizə mənəviyyat dərsi keçirsiz. Biri mənim dünyasını dəyişmiş atamı təhqir edir 67 like gəlir. Arqumentsiz təhqirləri bəyənən şərəfinizəmi siğınıb bizə dərs keçirsiz? 3. Necə olurki, bu adamı tərifləyirəm? Bir müddət əvvəl fotosunu satır, kampaniyaya qoşulub alıram, hər işində yanında oluram və birdən birə onun üstünə hücuma keçirəm? Deməli əmin olduğum səbəblər var ki, bunu etdim. Səbəb isə budur: Adam mərkəzdən tapşırıq alıb və məni agent kimi həbs etmək üçün ictimai fikir formalaşdırır. Bunadamı göz yummalı idim? Sonda: Elə vətənpərvər idisə niyə həbsxanadan çıxdığı halda hərbi xidmətə getmədi? Niyə, Yeravanın mərkəzində Ermənistanı işğalçı adlandırdığım çıxışımı paylaşmır? Bir dəfə bir fəaliyyətimizi paylaşmayıb! Dəstək olmayıb! Facebookun like düyməsini vurmayıb. Doğurdanmı bunun üçün heç bir bəyəniləsi nəsə olmayıb? İndi siz deyin kim kimi qısqanır? Hər zaman bütün beynəlxalq təşkilatlara barəmizdə neqativ rəy yazmasını dözdük. Çünki, bunun əhəmiyyəti olmurdu. Mən heç vaxt heç bir səfirlikdən vəsait alıb o ölkəyə öz vətəndaşlarımız barədə "danos” yazmamışam. Bunu etmədiyimə görə həm hökumət, həm xarici ölkələr üçün sevimli olmamışam. Layihə alıb, icra edib, hesabat vermişik. Hamısida sənədli subutlu sayıtlarda var. Əziyyət olacaq amma düşünün cənablar və xanımlar. Sosial şəbəkənin "qüdrəti” Bəxtiyarın arxasında böyük bir şəbəkə var. Açıqlayacam nə şəbəkəsi. Qəpik kampanyasında dəstək verən, təhsil naziri təyin olunanda şəbəkəsindən olanlarla əl-ələ verib müdafiəyə, sevincə qalxmaqlarını gizlətməyəcək qədər iddialı şəbəkədir. Bunların məktəblərində "bizdən”di PR-ı apardıqları üçün profillərində yüzlərlə like toplanır. Mən və bizim kimi sıradan Azərbaycan insanının belə bir şəbəkədən çıxmadığı üçün bizə qarşı kampaniya qurmaq, asandı. Ama elə bilməsinlər ki, bu məktəblərdə "seçkin” şagirdlərinin videolarından xəbərimiz yoxdu. Qız oxumayan, məktəblərində o, videoların nə rol oynadığından xəbərimiz var. lazım gəlsə, deyərik, göstərərik hamının xəbəri olar". Qeyd edək ki, Ramin Hacılı və Bəxtiyar Hacıyev arasında qalmaqal R.Hacılının Ermənistan səfərindən sonra başlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?