GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 2013-də itirdiklərimiz...

2013-də itirdiklərimiz...

Tarix: 31-12-2013, 14:03 Bölmə :Ölkə Baxış: 1 795
2013-də itirdiklərimiz...
2013-cü il bitir. Bu il ölkəmizin ictimai-siyasi və mədəni həyatında baş verən bir çox önəmli hadisələrlə yadda qaldı.

Bu il ölkəmizdə keçirilən 9 oktyabr prezident seçkiləri, bir çox dünya dövlətləri liderlərinin Azərbaycana gəlişi, prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, ölkənin iqtisadi inkişafına yönələn beynəlxalq layihələrin həyata keçirilməsi kimi hadisələri ilin yaddaqalan ictimai-siyasi və iqtisadi-siyasi hadisələri sırasında sadalamaq olar.

2013-cü ildə siyasi proseslərdə olduğu kimi mədəniyyət sahəsində də uğurlarımız az olmadı. Bunların sırasında “Eurovision-2013”də uğurlu çıxış kimi 4-cü yerin tutulmasını, ölkədə keçirilən muğam festivallarını, beynəlxalq sərgiləri, ilk dəfə keçirilən “Turkvision” mahnı müsabiqəsində qalib olmağımızı göstərmək olar.

2013 xalq adına, ölkə adına uğurlar əldə etdiyimiz bir il kimi tarixə yazılsa da ölkənin ictimai-siyasi, elmi, mədəni həyatında böyük nüfuza sahib, sevilən, dəyər verilən insanları da bizlərdən aldı.

Virtualaz.org 2013-cü ildə ölkəmiz, millətimiz adına böyük itki sayılan, mənən itirilməyən şəxsiyyətləri bir daha yad edir. Bu il həmin adamları itirdik:



Akademik Mahmud Kərimov

2013-cü ilin ilk itkisi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov oldu. Bir müddət xəstəlikdən əziyyət çəkən M.Kərimov fevralın 10-u dünyasını dəyişdi.

Qeyd edək ki, M. Kərimov 18 oktyabr, 1948-ci ildə Ermənistanın İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. Yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası

müdafiə edib. 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.



Unudulmaz “Mixaylo”

Bəlkə də yaddaşlardan bir ömür boyu silinməyəcək “Mixaylo” obrazı ilə əziz olan xalq artistimiz Nodar Şaşıqoğlu da 2013-cü ildə itirdiklərimizin siyahısına düşdü.

N.Şaşıqoğlu 13 mart, 1927-ci ildə Batumidə dünyaya gəlib. O, Azərbaycan və Rusiyanın xalq artisti idi. Özünü Azərbaycan tamaşaçılarına “Mixaylo” obrazı ilə təqdim edib sevdirən Nodar Şaşıqoğlu 1983-cü ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. Aktyor “Onun böyük ürəyi” (1958), “Uzaq sahillərdə” (1958), “Əsl dost” (1959), “Matteo Falkone” (1960), “Səhər” (1960), “Bizim küçə” (1961), “Leyli və Məcnun” (1961), “Telefonçu qız” (1962), “De ki, məni sevirsən!” (1977), “Sevinc buxtası” (1977) filmlərinə çəkilib. Acar əsilli xalq artisti Nodar Şaşıqoğlu Bakı şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra aprelin 12-də dünyasını dəyişdi.



Komediyamızın aslanı - Səyavuş Aslan

2013-də itirdiyimiz dəyərli şəxsiyyətlərimizdən, xalq artistlərimizdən biri də Səyavuş Aslandır. Gülüş ustamızı iyunun 27-də itirdik.

Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri olan S.Aslan 1935-ci il, sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazlar yaradıb. 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru idi. Televiziya tamaşalarında 100-dən çox obraz ifa edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə əməkdar artist, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. Bu il iyunun 25-də “Şərəf” ordeni ilə təltif edilmişdi.



Şərqin ilki - Şəfiqə Axundova

Şərqin opera yazan ilk qadın bəstəçisi, xalq artisti Şəfiqə Axundova da 2013-cü ilin bizdən aldığı ölməz korifeylərdəndir. Uzun müddət səhhətində problemlər yaşanan Şəfiqə Axundova iyulun 26-da 89 yaşında dünyasını dəyişdi.

Öz mahnıları ilə dinləyici qəlbinə yol tapan Şəfiqə Axundova 1924-cü ildə Şəkidə doğulub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib. 1998-ci ildə xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.



Çılğın Sirus Təbrizli

Ölkənin siyasi proseslərində kifayət qədər koloritli çıxışları və açıq söhbəti ilə diqqət çəkən Sirus Təbrizli 2013-cü ildə itirdiyimiz əvəzolunmaz siyasətçimiz oldu.

Azərbaycan xalq hərəkatının fəallarından olmuş məşhur siyasi xadim, YAP-ın qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli sentyabrın 7-də dünyasını dəyişdi.

Sirus Təbrizli 1942-ci il, mayın 9-da Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. YAP sədrinin müavini işləyib. Birinci çağırış Milli Məclisin deputatı olub. 2000-ci il, noyabrın 5-də 13 saylı Nizami-Xətai seçki dairəsindən deputat seçilib. Milli Məclisin qərarına əsasən 1 dekabr, 2000 -ci il tarixində Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri təyin olunub.



Dilçilik elminin nüfuzlu siması Yusif Seyidov

Azərbaycan dilçilik elminin nüfuzlu simalarından olan filologiya elmlər doktoru, professor Yusif Seyidov da adını ilin itkiləri siyahısına yazdığımız dəyərli şəxsiyyətlərdən biridir.

Yusif Seyidov 1929-cu il, mayın 2-də Naxçıvanın Şərur rayonunun Yengicə kəndində anadan olub. Azərbaycan Dövlət mükafatı laureatı olan Yusif Seyidov Bakı Dövlət Universitetinin filologiya fakültəsidə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının əsasını qoyaraq 1965-ci ildən vəfat etdiyi gümədək oranın rəhbəri olub.

Tənqidçi və ədəbiyyatşünas kimi də tanınan Yusif Seyidov Azərbaycan ədəbiyyatşünaslığı və dilçilik elminin tarixində bir sıra sanballı əsərlərə imza atıb.

Y.Seyidov gənc kadr kimi 1967-ci ildə artıq professor adını qazanıb. Azərbaycan dilinin sintaksisi öz inkişaf meyarlarına görə məhz Yusif Seyidova minnətdardır. Alim 2013-cü il, noyabrın 18-də 84 yaşında vəfat edib.



General Məhəmməd Abbasquliyev

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev noyabrın 22-də vəfat etdi.

Uzun illər Milli Təhlikəszilik Nazirliyində çalışan Məhəmməd Abbasquliyev iş otağında dünyasını dəyişdi. General-mayor ixtisaslı kəşfiyyatçı və sərhədçi kimi tanınıb.



Qarmon ustası Aslan İlyasov

Azərbaycan musiqisinin unudulmaz adlarından biri, sənəti ilə yaddaşlardan silinməyəcək Aslan İlyasov 2013-cü ilin bizdən aldığı sonuncu sənət adamı oldu.

Tanınmış qarmon ifaçısı Aslan İlyasov dekabrın 20-də dünyasını dəyişdi. O, uzun müddət idi sirrozdan əziyyət çəkirdi, yataq xəstəsi idi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Qaralovun əməliyyat müşavirəsində seçki müzakirəsi

    Zakir Qaralovun əməliyyat müşavirəsində seçki ...

    2-08-2013, 16:40

  • 
  • Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - İNANILMAZ FAYDALARI

    Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - ...

    25-07-2016, 23:58

  • 
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04

  • 
  • Milli Şuranın mitinqə ara verməsinin səbəbi bilindi

    Milli Şuranın mitinqə ara verməsinin səbəbi ...

    6-11-2013, 11:44

  • 
  • Əli Həsənov: “Bu forumun keçirilməsi Azərbaycan gənclərinin dünya gəncləri sırasına inteqrasiyasına dəstək verəcək”

    Əli Həsənov: “Bu forumun keçirilməsi Azərbaycan ...

    28-10-2014, 13:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu