APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Lənkəran rayonu Göyşaban kəndi ərazisində, Ələt-Astara yolunun yaxınlığında baş verib.
Göyşaban kənd sakini Nəzərov Etibar Vəkil oğlu 90 RV 863 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı avtomobilində tapançadan başına atəş açılmaqla güllələnib. Onun mübahisə zəminində öldürüldüyü ehtimal olunur. Hadisənin kim və kimlər tərəfindən törədildiyi hələlik bilinmir.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, mərhumun qohumları və hüquq-mühafizə orqanlarının əməkdaşları qətl törədilmiş ərazidədirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Qətlə yetirilən şəxsin iş adamı olduğu bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?