GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İran-Azərbaycan sərhədindəki gərginlik (VİDEO)

İran-Azərbaycan sərhədindəki gərginlik (VİDEO)

Tarix: 25-11-2013, 00:29 Bölmə :Ölkə Baxış: 725
İran-Azərbaycan sərhədindəki gərginlik (VİDEO)
İran-Azərbaycan sərhədindəki gərginlik hər iki ölkənin vətəndaşları, xüsusilə blokada şəraitində yaşayan Naxçıvan sakinləri üçün çətinliklər yaradıb

Azərbaycan Bu həftə dövlətimizin qapılarında problem olub. Daha doğrusu davam edib. İran-Azərbaycan sərhədindəki gərginlik hər iki ölkənin vətəndaşları, xüsusilə blokada şəraitində yaşayan Naxçıvan sakinləri üçün çətinliklər yaradıb. Əməkdaşlarımız problemin ilk günündən hadisənin mərkəzində olub.

Son 2 həftə bütün respublikanın diqqəti Azərbaycan-İran arasındakı sərhəd böhranına yönəlmişdi. Cəmi bir neçə gün əvvəl burada belə sakitlik deyildi. İrana keçmək üçün növbə gözləyən yük maşınlarının əlindən sözün əsl mənasında tərpənmək olmurdu.

Azərbaycan-İran sərhədinin bağlanması barədə məlumat noyabrın 7-də daxil olmuşdu. Artıq ayın 8-i səhər saatlarında biz, Biləsuvardakı keçid məntəqəsində yük avtomobillərin toplaşmağa başladığını müşahidə edirdik. Noyabrın 11-i onların sayı artıq 500-ə çatmışdı və belə vəziyyət Culfadakı və Astaradakı sərhəd keçid məntəqələrində də yaranmışdı. Azərbaycandan İrana keçmək istəyən yük maşınlarının əksəriyyəti Naxçıvana gedirdi. İş hətta o yerə çatmışdı ki, günlərlə sərhəddə dayanmalı olan avtomobillərin bəzilərinin sürücüləri maşınlarını qoyub evlərinə gedirdilər.

Yük maşınlarının sərhəddə qalması sürücülərə qarşı cərimələrin tətbiq olunması, malların korlanması və digər fəsadlara səbəb olurdu.

Bu mənzərədən ən çox ziyan çəkən isə Azərbaycan-İran münasibətləri idi. Çünki İran tərəfi sərhəddin hansı səbəbdən bağlı olması barədə açıqlama vermirdi. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin ANS-ə eksklüziv müsahibədə sərhəddin ilk olaraq Azərbaycan tərəfindən bağlandığını demişdi. Amma o da məlum idi ki, Azərbaycan Culfada sahədə işləyən traktorçunun İrandan atəşə tutulmasından sonra yalnız bu məntəqəni bağlasa da onu 2 gündən sonra yenidən açmışdı. İran isə Azərbaycanın yük maşınlarının üzünə qapılarını 10 gündən çox bağlı saxladı. Bakıda da sərhəddin bağlanmasının daha çox Tehranla bağlı olduğunu etiraf edirdilər.

Dövlət Gömrük Komitəsinin sədri, Aydın Əliyev: “Hələki müzakirələr gedir. Bilirsiniz, sərhədin açılması sırf gömrük məsələsi deyil. Amma buna baxmayaraq hökumət tərəfindən İran hökuməti ilə müəyyən danışıqlar aparılır, yəni məsələnin müsbət nəticələnməsi üçün ümid edirik. Mən bağlasaydım sərhədi mən sizə deyərdim nə vaxt açılacaq”.

Nəhayət sərhəd açılanda yenicə rahat nəfəs almışdıq ki, yenidən yük maşınlarının keçidində əngəl yarandığı barədə məlumat gəldi. İndi də məlum oldu ki, İran tərəfi ölkəyə keçən yük maşınların ümumi çəkisinə məhdudiyyət qoyub. Əgər əvvəllər İrana gedən maşınların yük qarışıq çəkisi 40 ton ola bilərdisə indi 30 tondan ağır maşınlar İrana buraxılmırlar. İran tərəfi bunu Naxçıvan-İran sərhəddindəki körpünün vəziyyəti ilə əlaqələndirsə də faktiki olaraq Azərbaycandan blokada vəziyyətində olan Naxçıvana yükdaşımalar dayanmışdı. İran tərəfi tələb edirdi ki, yanacaq dolu yük maşınları benzinin bir hissəsini boşaltsınlar və yalnız bundan sonra sərhədi keçsinlər.

Naxçıvandan Bakıya gələn boş yük maşınları isə ümumiyyətlə paytaxta Gürcüstan və Türkiyə ərazisindən keçməklə gəlməli oldular. Bir sözlə İranın ilk baxışdan texniki görünən qərarı Muxtar Respublikanın enerji təhlükəsizliyini sual altında qoydu. Hazırda İran ərazisi ilə Naxçıvana yanacaq daşınması, rəsmi Tehran tərəfindən müəyyənləşdirilən rüsumlar daxil orta hesabla 1400 dollara başa gəlir və bu kifayət qədər böyük rəqəmdir. Gürcüstan və Türkiyədən keçməklə yanacağın daşınması məsafənin böyük olmağına baxmayaraq təxminən eyni pula başa gələ bilər. Bundan əlavə, yanacağın dəmir yolu vasitəsilə Gürcüstan ərazisi ilə Türkiyəyə, oradan isə avtomobillərlə Naxçıvana daşınması ideyası da var. Gələcəkdə Naxçıvana yanacaq daşınmasının ümumiyyətlə dəmir yolu vasitəsilə həyata keçirilməsi təklifi var.

Bütün bunlar, alternativ, ehtiyat variantlardır. Bu gün nə etsək də Naxçıvana ən yaxın yol İrandan keçir.

Ümid edirik ki, Azərbaycanla İran arasında bu 13 günlük sərhəd böhranı bir də təkrarlanmayacaq. Bəlkə də hər iki ölkənin rəsmilərinə bu tipli problemlərin qarşısının əvvəlcədən alınması üçün preventiv addımlar üzərində fikirləşməyə dəyər ki, qısa yolumuzu uzatmayaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranla sərhəddə gərginlik (Fotolar)

    İranla sərhəddə gərginlik (Fotolar) ...

    18-11-2013, 12:02

  • 
  • Sərhəddəki problem hələ də həll olunmayıb

    Sərhəddəki problem hələ də həll olunmayıb ...

    13-11-2013, 11:35

  • 
  • İran səfiri də sərhəddəki problemlərdən danışdı

    İran səfiri də sərhəddəki problemlərdən danışdı ...

    22-11-2013, 13:28

  • 
  • Azərbaycanla İran sərhədində vəziyyət gərginləşib (VİDEO)

    Azərbaycanla İran sərhədində vəziyyət gərginləşib ...

    11-11-2013, 22:08

  • 
  • İran Azərbaycanı çevrilişlə hədələməyə başladı

    İran Azərbaycanı çevrilişlə hədələməyə başladı ...

    25-11-2013, 13:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu