Müdafiə nazirinin hərbi hazırlıq fənninin tədrisinə ciddi dəyişikliklər gətirəcəyi gözlənilir
Yaxın gələcəkdə orta məktəblərdə tədris edilən hərbi hazırlıq fənni ilə bağlı əsaslı dəyişikliklərin baş verəcəyi gözlənilir. Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, buna səbəb yeni müdafiə nazirinin hərbi hazırlıq fənnində əyani vəsaitlərdən geniş istifadədə maraqlı olmasıdır: “Hələlik kadr islahatları və cəbhə xəttindəki ordu hissələrinin vəziyyətinin tədqiqi ilə məşğul olan Z.Həsənovun yaxın günlərdə Təhsil Nazirliyi ilə birlikdə bəzi maraqlı proyektlərə imza atacağı gözlənilir. Bunlardan biri də orta məktəbin yuxarı sinif şagirdlərində bəzi hərbi vərdişlərin yaradılması məqsədi ilə dərs zamanı əyani vəsaitlərdən geniş istifadə ilə bağlıdır. Yeni rəhbərlik hesab edir ki, hərbi hazırlıq fənnində əyani vəsaitlərdən geniş istifadə təhsil müddətini başa vurandan sonra ordu sıralarına cəlb edilən çağırışçıların təlim prosesini də əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Müdafiə nazirinin təşəbbüsü ilə məktəblilər arasında hərbi-vətənpərvərlik yönündə müxtəlif yarış və müsabiqələrin gerçəkləşdiriləcəyi də istisna deyil."
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?