GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Gülərgeyt" Olayı Nə Zaman Açılacaq?

"Gülərgeyt" Olayı Nə Zaman Açılacaq?

Tarix: 19-11-2013, 12:17 Bölmə :Ölkə Baxış: 851
"Gülərgeyt" Olayı Nə Zaman Açılacaq?
"Gülərgeyt" Olayı Nə Zaman Açılacaq?Noyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə sabiq millət vəkili Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi işini davam etdirib.

Sabiq millət vəkili Gülər Əhmədovanın cinayət işi üzrə aparılan məhkəmə prosesi sona çatmaqdadır. Dövlət ittihamçısı Gülər Əhmədovanın 4 il müdətinə azadlıqdan məhrum edilməsini istəyib. Videogörüntülərdə adıçəkilən Ramiz Mehdiyev bu və ya digər şəkildə məhkəməyə cəlb edilmədi.

Noyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə sabiq millət vəkili Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi işini davam etdirib. Hakim bildirib ki, ötən prosesdə bir çox sənədlər tədqiq olunub və cinayət işinə aid olan videomateriallara baxış keçirilməsi qalıb. Videolara hamının baxdığını deyən hakim bununla bağlı tərəflərin fikirlərini soruşub. Gülər Əhmədova işin içində olan videoların orginal olmadığını, hamısının montaj edildiyini söyləyib.

Daha sonra G.Əhmədovanın vəkili Əfsər Talıbov ekspert rəyi ilə bağlı fikirlərini bildirib.

“Elşad Abdullayev qaynatası Hüseyn Əhmədova məxsus ofisdən qeyri-qanuni istifadə edib. Elşada məxsus olduğu deyilən “Era” hüquq firması əslində Şamil Hüseynov adlı şəxsin adına sənədləşdirilib. Deyirlər "həmin ofisə gizli kameranı təhlükəsizlik məqsədilə qoyublar". Əslində, Elşad Abdullayev həmin videogörüntüləri şantaj məqsədilə istifadə etmək üçün planlaşdırılmış şəkildə çəkdirib”, - deyən vəkil Elşad Abdullayevə cinayət işi açılmasını istəyib.

Dövlət ittihamçısı Eldar Həmzəyev videolarla bağlı vəsatətin təmin oluna bilməyəcəyini vurğulayıb: "Çünki həmin məsələ ilə bağlı cinayət işinin başladılması istintaq orqanı tərəfindən rədd olunub".

Çıxış edən Gülər Əhmədova Elşad Abdullayevin bacısı oğlundan dayısının videoların tam versiyasını göndərməsini xahiş etdiyini söyləyib: “Lakin o göndərməyib. Dünyanın heç bir ölkəsində məhkəmə əsli olmayan sənəd qəbul etmir. Ekspert isə original olmayan, üzərində dəfələrlə müxtəlif əməliyyatlar keçirilmiş, formatı dəyişdirilmiş, montaj edilmiş videolara rəy vermir. İstintaq bunu sübut kimi istifadə edə bilməz".

Dövlət ittihamçısı Eldar Həmzəyev videoçəkilişlərdə əks olunan məlumatlar əsasında toplanmış material üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlandığını deyib:
"İstintaqla müəyyən edilib ki, G.Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş E.Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə E.Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib. Elşad Abdullayevi aldadaraq 1.000.000 ABŞ dollarını ələ keçirməklə dələduzluq edib".

Dövlət ittihamçısı Gülər Əhmədovaya qarşı irəli sürülmüş ittihamların istintaqla tam sübuta yetirildiyini hesab edir. O qeyd edib ki, Gülər Əhmədova hər iki ittihamı qəbul etməyərək özünü təqsirli bilmədiyini desə də, bu təqsirləndirilən şəxsin müdafiə taktikasıdır.

Sonda dövlət ittihamçısı Gülər Əhmədovanın himayəsində azyaşlı uşağın olmasını, onun 3 dəfə Milli Məclisə deputat seçilməsini və s. nəzərə alaraq cəza təyin edilərkən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini mümkün hesab edib. 178.3.2 maddəsi üzrə 3 il 6 ay, 307.2-ci maddə üzrə isə 2 il azadlıqdan məhrum edilməsini, cəzaların toplanması və Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmasını istəyib.

Növbəti proses 21 noyabr saat 10.30-da olacaq.

Beləcə, mətbuatda dövlətin önəmli adlarının çəkildiyi, ciddi dövləti cinayətlərin açıla biləcəyi "Gülərgeyt" olayı dələduzluq adı ilə arxivə göndərilməkdədir. Elşad Abdullayevin internet vasitəsi ilə yayımladığı videolarda deputat kürsüsünün alınıb satılmasında birbaşa prezidentin, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adları çəkilirdi. Videogörüntülərdə Gülər Əhmədova Ramiz Mehdiyeva pulu şəxsən verdiyini deyirdi. Belə bir videogörüntünün üzərində qurulan məhkəmənin predmeti isə yalnız bir deputatla bir rektor arasındakı dələduzluğun araşdırılmasına yönəldilərək dövləti cinayətlərin üstü ört-basdır edildi.

Hardadır 1. 000. 000 dollar? Gülər Əhmədova bu pulları kimə verib? Nə üçün videolarda adı dəfələrlə açıq-aşkar çəkilən Ramiz Mehdiyev məhkəmə prosesinə bu və digər qismdə cəlb edilmədi? Nə üçün videolarda Gülər Əhmədovanın pulları Administrasiyanın başçısına verdiyini dediyi halda məhkəmə bu epizodların üstündən susqunluqla keçdi?

Bu proses "Gülərgeyt" olayını araşdırmadı, suallar cavabsız qaldı. Deməli, bu cinayət də qaldı gələcəyin məhkəməsinə. Beləcə, 1. 000.000 dolları mənimsəməklə dələduzluqda ittiham olunan Gülər Əhmədova isə cəmi-cümlə 4 il müddətinə azadlığını itirəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

    Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə ...

    18-11-2013, 12:42

  • 
  • Prokuror bu gün Gülər Əhmədovaya iş istəyəcək

    Prokuror bu gün Gülər Əhmədovaya iş istəyəcək ...

    18-11-2013, 13:09

  • 
  • Gülər Əhmədovanın məhkəmədə ürəyi gedib, proses təxirə salınıb

    Gülər Əhmədovanın məhkəmədə ürəyi gedib, proses ...

    21-11-2013, 12:33

  • 
  • Məhkəmədə Gülər Əhmədovanın ürəyi niyə getdi – Səbəb

    Məhkəmədə Gülər Əhmədovanın ürəyi niyə getdi – ...

    22-11-2013, 11:38

  • 
  • Gülər Əhmədova məhkəmədən vaxt istədi

    Gülər Əhmədova məhkəmədən vaxt istədi ...

    26-11-2013, 15:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
cassino online
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu