Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi bu gün də davam etdirilib.Proses saat 11:45-də başlayıb. Sabiq deputatın vəkili Əfsər Talıbov G.Əhmədovanın əfv edilməsi ilə bağlı vəsatət qaldırıb. Amma onun vəsatəti təmin olunmayıb.
Məhkəmənin gedişatında vəkil ikinci vəsatət olaraq məhkəməyə təqdim olunan videogörüntülərin əslini tələb edib. Onun bu vəsatəti də təmin edilməyib.
Gülər Əhmədova məhkəmədə çıxışı zamanı Elşad Abdullayevə qarşı yenə də ittihamlar irəli sürüb: “Mənə 1 miliyon verən oğlan (Elşad Abdullayev-red.) 7 il oturub gözləməzdi. O, özü yaxşı bilir ki, onun pulları haradadır. Bunu Sevinc Babayeva da yaxşı bilirdi. Bu məsələnin üzərinə artıq qara pərdə örtülüb və kənara qoyulub”.
Məhkəmə öz işini saat 14:30-da davam etdirəcək. Dövlət ittihamçısı tərəfindən G.Əhmədovaya iş istəniləcək. Məhkəmə prosesinin gedişatı ilə bağlı əlavə məlumat veriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?