Binəqədi rayonu Köhnə Pişəvari, indiki Cavadxan küçəsi 4 ünvanında yaşayan Tural Abbasov bir neçə gün əvvəl ruhi əsəb dispanserindən qaçan 4 xəstədən biridir.
Virtualaz.org ANSPRESS-ə istinadən bildirir ki, bina sakinlərinin dediklərinə görə, Tural bir zamanlar maddi baxımdan yaxşı imkanı olan ailənin övladı olub. Hətta Turalın atası Gülhüseyn Abbasov övladının adına şadlıq sarayı da tikdirib. Amma oğlunun narkotik istifadəçisi olduğunu bilən atanın səhhətində ciddi problemlər yaranıb və bir müddət sonra o, dünyasını dəyişib.
Bu hadisədən sonra ailə yaşadığı binada onlara məxsus olan 2 mənzildən birini sataraq, digərini isə kirayə verərək həmin ərazidən köçüb.
Dispanserdən qaçan 4 nəfərdən 3-ü Cinayət Məcəlləsinin 1, 23 yaşlı Tural Abbasov isə 4 maddəsi ilə ittiham olunub. Onlar məhkəmənin qərarı ilə ruhi əsəb dispanserinə müalicəyə göndərilib. Qaçarkən xidmət göstərən polis əməkdaşına xəsarət yetirən xəstələrin axtarışlarının davam etdiyi bildirilir. İnformasiya agentliklərdən birində onların Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanıldığı yazılsa da, bu xəbər təsdiqini tapmadı. Həmin idarədən bu məlumatın həqiqəti əks etdirmədiyi bildirildi. Xəbər Daxili İşlər Nazirliyi tərəfindən də təsdiqlənməyib.
Sorğu
Yeni dizaynımız necədir?