GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Aydın Bəşirovu Bakı hava limanında saxladılar

Aydın Bəşirovu Bakı hava limanında saxladılar

Tarix: 22-11-2013, 11:27 Bölmə :Ölkə Baxış: 840
  Aydın Bəşirovu  Bakı hava limanında saxladılar
Aydın Bəşirovu ölkədən çıxmağa qoymadılar
Sabiq CASPAR şefini hava limanından geri qaytardılar
Oliqarxın ətrafında halqa daralır; sarsıntı keçirən sabiq baş gəmiçini Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriblər...


Ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovu Bakı Beynəlxalq Hava Limanından geri qaytarıblar. Sabiq CASPAR şefi Almaniyaya gedirmiş. Hava alanında saxlanan A.Bəşirov ağır xəstə olduğunu və Almaniyaya müalicəyə getdiyini söyləsə də, onu eşidən olmayıb. A.Bəşirova deyiblər ki, əmr yuxarıdan verilib, dekabrın 22-nə qədər ölkədən çıxmasına qeyri-rəsmi qadağa var.



Buna görə də A.Bəşirov aeroportdan geri qayıtmalı olub. Hava limanında əsəbiləşən A.Bəşirov bir neçə saat sonra Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sabiq rəisin hazırda həmin xəstəxanada müalicə olunduğu bildirilir.

Qeyd edək ki, bu il oktyabrın 22-də prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqda sərəncam imzalayıb.



Prezidentin digər sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri təyin edilib. Bu sərəncam Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin uzun illər rəisi olan Aydın Bəşirovun tutduğu postun itirilməsinə səbəb olub.
Bundan sonra Baş Prokurorluq ləğv olunan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” yük gəmisində yol verilmiş qanun pozuntularına dair Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmaların başlandığını açıqlayıb.
Yük gəmisinin kapitanı Həşim Həsənov, gəmi kapitanının köməkçisi Səyyad İbadullayev barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə cinayət işi başlanıb. Hər iki şəxs həbs olunub. Hazırda da bu iş üzrə istintaq davam etdirilir.



“İslam Səfərli”nin kapitanı, köməkçisi və heyət üzvləri Rusiya sularında neft məhsullarının oğurlanmasında, daşınmasında ittiham edilirlər. Bu cinayət işinin tam və hərtərəfli araşdırılması kifayət edir ki, Aydın Bəşirovu cinayət məsuliyyətinə cəlb etsinlər. Gələn məlumatlar onu deməyə əsas verir ki, bu fakt araşdırılmasa belə, sabiq rəis istintaqçıların sorğu-suallarını cavablandırmalı olacaq.



Belə ki, A.Bəşirovun tutduğu posta təyin edilən Rauf Vəliyevin təhvil aldığı qurumda ciddi yoxlamalar başlatdığı barədə məlumatlar var. Qurumdakı qaynağımız deyib ki, təhvil-təslim prosesində hər bir sənəd çox diqqətlə araşdırılır, gəmilərdə və quruma aid bütün obyektlərdə yoxlamalar aparılır. Ən ciddi məqam isə R.Vəliyevin bütün toplanan faktları ölkə rəhbərliyinə təqdim etməsi ilə bağlıdır. Bildirilir ki, R.Vəliyev bu posta təyinatının 2 ayı dekabrın 22-də tamam olur. Həmin gün o, bütün toplanan korrupsiya faktlarını prezidentə təqdim edəcək. Bu təqdimetmədən sonra A. Bəşirovun durumu yaxşı olmayacaq. Yəqin ki, R.Vəliyevin hazırladığı qovluqdakı hər bir sənəd cinayət işlərində qırmızı xətlə keçən epizodların əsasını təşkil edəcək. Bundan başqa, A. Bəşirovun üzərinə bu il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Naftalan” tankerinin Rusiya tərəfindən geri alınması öhdəliyi də qoyulacaq. Xatırladaq ki, Rusiya FTX-nin yaydığı rəsmi məlumatda qeyd edilirdi ki, tankerdə oğurluq neft olub. Rusiya tərəfi iddia edir ki, neft Rusiyanın “LUKoil” şirkəti tərəfindən Xəzər dənizinin Həştərxan şelfindən hasil olunub və Bakı-Novorossiysk kəməri ilə nəql olunmaq üçün nəzərdə tutulub. Tankerin kapitanı Asif İsmayıl oğlu Məhərrəmov və köməkçisi Ülvi Nobel oğlu Sultanzadə bu gün də Mahaçqalada həbsdədir. Tanker Mahaçqala dəniz limanına çəkilərək nəzarət altında saxlanılır. Heyət üzvləri də faktiki girov vəziyyətindədir. Tankerin saxlanılmasından sonra belə məlumatlar da vardı ki, Rusiya tərəfi tankerin və heyət üzvlərinin azad edilməsi üçün A.Bəşirovdan 5 milyon dollar tələb edir. A.Bəşirov isə bu məbləği ödəməkdən yayınırdı.

“Naftalan”ın saxlanılmasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə idarəsində neft oğurluğu faktına görə Rusiya Cinayət Məcəlləsinin 226.1 - strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı maddəsi ilə cinayət işi başlanıb. Gəmidə olduğu kimi gəmiçilik idarəsində də bütün “çp”lərə kapitan cavab verir. Gələn məlumatlar da onu deməyə əsas verir ki, A.Bəşirovun gəmisi artıq batıb. Mövzuya qayıdacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aydın Bəşirovdan təkzib gəldi: “Yalandır”

    Aydın Bəşirovdan təkzib gəldi: “Yalandır” ...

    22-11-2013, 13:41

  • 
  • FTX Azərbaycanın daha bir tankerini həbs etmək istəyib

    FTX Azərbaycanın daha bir tankerini həbs etmək ...

    24-11-2013, 11:50

  • 
  • Aydın Bəşirov: “Axı mən 27 milyonu necə silə bilərəm?”

    Aydın Bəşirov: “Axı mən 27 milyonu necə silə ...

    2-12-2013, 12:46

  • 
  • Aydın Bəşirov həbsxananın bir addımlığında

    Aydın Bəşirov həbsxananın bir addımlığında ...

    13-12-2013, 23:01

  • 
  • ŞOK: Aydın Bəşirov həbsdən yaxasını necə qurtardı?

    ŞOK: Aydın Bəşirov həbsdən yaxasını necə qurtardı? ...

    16-03-2014, 12:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu