Xəzər Dəniz Gəmiçiliyin sabiq şefinin əmlakı yağmalanıb, biznesi çökdürüləndən sonra həbs olunmayacağına zəmanət verilib; onun ölkədən çıxışının da yasaqlandığı iddia olunur
Xəzər Dəniz Gəmiçiliyin sabiq şefi Aydın Bəşirov yaxasını həbsdən qurtara bildi. Sabiq gəmi şefi varidatının, biznesinin demək olar ki, hamısını təslim edib. Böyük risk altında danışıqlara girişən A.Bəşirov işdən çıxarılan kimi həbs ediləcəkdi. Amma əmlakının və biznesinin əldən çıxması hesabına həbs təhlükəsi sovuşub. Bu barədə “Gündəm-xəbər”i bilgiləndirən mənbəmiz deyir ki, A.Bəşirovu həbs təhlükəsinin sovuşması çətin də olsa, baş tutub. A.Bəşirov rəhbəri olduğu idarəni təhvil verib mənimsədiyi on milyonlarla manatlıq mal-mülkünü xaricə çıxarmaqla məşğul olub. Amma onun planı alınmayıb. Ölkədən qaçmaq istəyən sabiq gəmiçi Azərbaycandan buraxılmayıb. Mənbə iddia edir ki, bundan sonra həbs məsələsi aktuallaşıb: “Hakimiyyət onun ölkədən qaçış planından agah olub. Hökumət istəməyib ki, biznesini və pullarını ölkə kənarına daşısın. Ümumiyyətlə, komandadan qovulan istənilən məmurun biznesi yağmalanır, əmlakı müsadirə olunur, biznesi çökdürülür. Bu, köhnə siyasətdir. Məmurlar əldə qalan maliyyə ilə qüvvətlənə bilər, iqtidara qarşı mübarizədə iştirakı gözləniləndir. O baxımdan Aydın Bəşirov da sələflərinin taleyini yaşayıb. Onu vəzifəsindən atarkən pullarını da alıb, həbs olunmayacağına zəmanət veriblər”. Qaynağımız deyir ki, sabiq gəmiçinin “torbasını tikən” Rusiyada tutulan “Naftalan” tankeri olduğu sirr deyil: “Bəşirovun 120 milyon dollar dəyəri olan gəmilərinin siyahısı yayılmışdı. O, işdən qovulmazdan 3 ay əvvəl Türkiyəyə böyük sərvət ələ keçirmişdi. Onun özəl donanmaya sahibliyi haqda iddialar da var idi. Lakin həmin xəbərləri nə özü, nə də digərləri təsdiqləməmişdi. Bəlli olurdu ki, gəmiçilik sənayesinin sabiq şefi təsəvvür olunmaz dərəcədə iri biznes imperiyasına sahibdir. Hakimiyyətdə olan qüvvələr də bundan xəbərdar idi. Onlar Aydın Bəşirovu Türkiyə və yaxud başqa ölkəyə qaçmağa qoymazdılar. Odur ki, varidatını yağmalayıblar. Sonra həbs məsələsi gündəmdən çıxarılıb”. Hazırda evində olduğu deyilən A.Bəşirov hər hansı vəzifəyə təyinat gözləmir. Mənbənin sözlərinə görə, onu tamamilə yorub, “zərərsiz” vəziyyətə gətiriblər: “Gəmi şefi iqtidarın xoşuna gəlməyən işlər görüb. Onun tankerlərlə bağlı qalmaqalı isə bağışlanmazdı. Belə halda işdən azad olunmasının ilk günlərində ona qarşı qəzəb var idi, həbsinə nail olmaq istəyirdilər. Lakin bir müddət sonra Aydın Bəşirov həbsdən yaxasını qurtara bilib. Onu da belə...”. Rafiq Qara
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?