Əfsər Talıbov: "Gülər Əhmədova hardan bilə bilərdi ki, məhkəmə onun barəsində hansı hökmü verəcək?" Sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmədə vəziyyətinin qəfil pisləşməsinin onun barəsində veriləcək hökmdən əvvəldən xəbərdar olması ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirilib. Movqe.az-a bu barədə danışan G. Əhmədovanın vəkili Əfsər Talıbov bildirib ki, G. Əhmədovanın məhkəmə zalında vəziyyətinin pisləşməsi onun sağlamlığı ilə bağlıdır: "G. Əhmədovanın vəziyyətinin qəfil pisləşməsi, təyziqinin qalxmasının onun barəsində veriləcək hökmlə heç bir əlaqəsi yoxdur. G. Əhmədovaya hansı cəzanın veriləcəyindən onun əvvəldən xəbərdar olması mümkün deyil. Hansı cəzanın veriləcəyi ilə bağlı qərar müşavirə otağında müzakirə olunur. Qərar isə məhkəmə zalında açıqlanır. G. Əhmədova hardan bilə bilərdi ki, məhkəmə onun barəsində hansı hökmü verəcək? G. Əhmədovanın qəfil vəziyyətinin pisləşməsi ancaq onun sağlamlığı ilə əlaqədardır". Vəkil G. Əhmədovanın vəziyyətinin hələ də gərgin olaraq qaldığını söyləyib: "Dünən mən təcridxanada G. Əhmədova ilə görüşdüm. Vəziyyəti hələdə gərgin olaraq qalırdı. Bu gün günortadan sonra G. Əhmədova ilə yenidən görüşəcəm".
Sorğu
Yeni dizaynımız necədir?