Dünən axşam Suraxanı rayonunun Ramana qəsəbəsində qəribə qanlı insident baş verib. u barədə Suraxanı rayon Polis İdarəsindən bildiriblər.
Məlumata görə, dünən axşam gecə saat 01:30 radələrində 3 saylı Sabunçu rayon xəstəxanasında qarın nahiyəsindən deşilmiş bıçaq yarası almış qəsəbə sakini, 25 yaşlı Elçin Zamanov gətirilib.
Həkimlər dərhal baş vermiş hadisə barədə rayonun 31-ci polis bölməsinə xəbər veriblər.
Lakin araşdırma zamanı maraqlı detal ortaya çıxıb. Məlum olub ki, Zamanov özü-özünü bıçaqlayıb. Zamanovun doğmaları, o cümlədən anasının sözlərinə görə, oğlu gecə evə çox içkili vəziyyətdə gəlib. Buna görə də, Elçinin anası oğluna irad tutaraq, ona xüsusilə də Məhərrəm ayında içməyin ağır günah olduğunu bildirib.
Elçin anasının iradlarına kobud cavab verib, sonra isə mətbəxə keçib. Anasının gözləri qarşısında bıçağa əl atan Elçin “Allahu Əkbər” qışqıraraq, özünü vurub.
Suraxanı RPİ-dən bildiriblər ki, anası oğlu ilə xəstəxanaya getməyib. Zamanovu yalnız qardaşı müşayiət edirmiş.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?