İlk mebel parçalarında Leyla Əliyeva və Aida Mahmudovanın rəsm əsərlərindən istifadə edilib.
YARAT qeyri-kommersiya təşkilatının təsisçisi Aida Mahmudova Azərbaycanın mebel və parça bazarına daxil olmaq niyyətindədir. Xanım Mahmudovanın yaratdığı “Chelebi” brendinin məhsulları artıq gələn aydan bazara daxil olacaq.
Brendin əsas özəlliyi “Yarat” təşkilatının rəssamlarının əl işlərinin parçalara köçürülməsidir.
Həmin parçalardan isə geyimlərdə, o cümlədən divan-kresloların dizaynında istifadə olunacaq. Mebellərin Türkiyə və İtaliyada istehsal edilməsi nəzərdə tutulub.
Maraqlıdır ki, ilk mebel parçalarında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Aida Mahmudovanın rəsm əsərlərindən istifadə edilib.
Sorğu
Yeni dizaynımız necədir?