Minval.az saytının əməkdaşı Yanina Mədətova ölümlə hədələnir. Bu barədə məlumatı Musavat.com-a xanım jurnalistin özü verib. Onun sözlərinə görə, Bakıda rus milliyətindən olan evsiz kişi haqqında reportaj hazırlayıb. Jurnalist problemlə əlaqədar Azərbaycandakı rus icmasına müraciət edib. Lakin oradan bildiriblər ki, icma belə məsələlərlə məşğul olmur. Yanina Mədətova rus icmasından deyilənlərə də yazısında yer verib və qeyd edib ki, icma fəaliyyətsizdir.
Bundan sonra Yanina Mədətovaya hücumlar başlayıb. Əvvəlcə Aleksandr Fomin adlı bir şəxs Facebook-da xanım jurnalisti hədələyib, təhqir edib. Araşdırma nəticəsində məlum olub ki, o, özəl mühafizə şirkətlərindən birində çalışır, eyni zamanda, rus icmasının fəallarındandır.
Nəhayət, bu gün Aleksandr Fomin Yanina Mədətovanın telefon nömrəsini tapıb və ona zəng edib. Jurnalistin sözlərinə görə, Fomin onu ölümlə hədələyib, redaksiyaya hücum edəcəyini, oranı dağıdacağını bildirib.
Minval.az saytının təsisçisi Rauf Arifoğlu baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır.
Xanım jurnalisti hədələyən və rus icmasının qoçusu qismində çıxış edən Aleksandr Fominin fotolarını təqdim edirik:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?