“Ölkə tarixində ən önəmli hadisə sayılan prezident seçkisi xalqın xeyrinə qurtarmasada, birinci dəfə Əliyev beynəlxalq təşkilatların demək olar ki, hamısının seçkini qəbul etdiyi triumfla "qələbə" çaldı. Bu triumfun fonunda MŞ və bütövlüklə müxalifət dahada cılızlaşdı . Bir neçə qəzet və internet səhifələrindəki heç bir əhəmiyyəti olmayan diferambaları bir kənara qoysaq "müxalifət" ölkədə varlığının yoxluluğuna nail olub”.
Virtualaz.org-un məlumatına görə, bunu eks-spiker, Amerikada mühacirətdə olan Rəsul Quliyev deyib.
O, müxalifətin məğlubiyyəti qəbul etməməsindən narazıdır və bu məğlubiyyətin səbəblərinin niyə müzakirə olunmadığını öyrənmək istəyir: “Ağır məğlubiyyətdən sonra məğlub tərəfin məğlubiyyətinin səbəblərini müzakirə etməməsi nə vaxt, hansı ölkədə, hansı tarixdə mümkün olduğunu kim mənə izah edə bilər? Məğlubiyyətinin səbəblərini analiz etməyən tərəf məgər vuruşmağını dayandırmamalıdır? Məğlubiyyətin səbəbi hökümət seçkiləri saxtalaşdırdı deyib müzakirədən qaçanların nə vaxtsa heç 100 ildən sonrada qələbə çalmaq şansları yoxdur. Bu gün bu insanların "siyasət" meydanına yapışıb qopmamaları xalqın gələcəyinin üzərindən hökümətlə müqayisədə daha qalın xətt çəkir. Hökümətə münasibət stabil neqativdir. Bu münasibət real müqavimət gücü formalaşdıra bilər. Bu prosesin sürətini zəiflədən amillərdən biri müzakirələrdən qaçanların müxtəlif donlarda yenidən özlərini millətə sırımaq cəhdləridir.
Rəsul Quliyev deyir ki, seçkilərdən iki ay keçməsinə baxmayaraq Milli Şura niyə Ş bir dəfə də məğlubiyyətin səbəblərini müzakirə etməyib. Müzakirə etsəydi bəlkədə şəhərin içərisində metronun yanında verilmiş maksimum 10 min nəfərin yerləşə biləcəyi meydana niyə 3-5 mindən artıq adamın gəlmədiyinə cavab tapardı və səhv siyasətinin nəticələrinin ləğvi ilə məşğul olardı”.
Seçkilərin yaddan çıxdığını deyən eks-spiker müxalifətin məğlubiyyəti unutduğunu söyləyir: “Müxalifətin yeni formalı "mübarizə`si başlayıb. Qəzetlərdə müxalifətin bu dəfə "real" qələbəyə yolları göstərilir. Məsələn Cəmil müəllim ABŞ-ın "xüsusi" dəvəti ilə (Bu nə xüsusi dəvətdir. Hansı dövlət təşkilatı və hansı məqsədlə göndərib bu dəvəti?) artıq konqresin Azərbaycanla əlaqədar olmayan dinləmələrində ( və yaxın azı 2 ildə belə bir dinləmələr nəzərdə tutulmayıb) geniş "çıxış" edib. ABŞ prezident seçkisini qəbul etməyib, Cəmil müəllimi xüsusi dəvət ediblər və onu "prezident təyin edəcəklər" kimi primitiv ideyalarını bu yazıq millətə yedirtmək istəyirlər”.
R.Quliyev Müsavat partiyasının qurultay keçirə bilməməsinə də toxunub: “Müsavatın keçirmək istəmədiyi qurultayından camaat üçün şou düzəltmək istəyirlər. 800-900 qurultay iştirakçılarının yerləşəcəyi zal axtarırlar. Birincisi həmin 800-900 nəfərin razılığı ilə onların 10-dan birini seçmək şərtilə sayı 10 dəfə azaltmaq hətta öz ofisinizdə keçirə bilərsiniz. Bolşeviklərin 50 nəfərlik qurultayı dövlət çevrilişi, menşeviklərin 500 nəfərlik qurultayı isə heç nə edə bilmədi. İkincisi Müsavat partiyasında ideyalı üzvülərin toplam sayı cəmi 800-900 olar ondan artıq olmaz. Bu gündəmdə qalmağın bir yoludur.
İkinci yol Qarabağın azad edilməsi, korrupsiya və rüşvətlə əlaqədar uşaq təklifləri irəli sürməkdir. Məqsəd yəni bizdə varıq deməkdir.”
Özünü müxalif adlandıran R.Quliyev müxalifətə düzgün olan yolu da göstərir: “Bu insanların yeganə düzgün addımı istefa verib getməklərindədir. Ancaq bu işi görən deyillər. Boks məşqində armud deyilən şey var, boksçu daima onu vurmaqla gücünü artırır. Ancaq sonuncu prezident seçkisi armudun lazımlığını xeyli azaldıb”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?