Bakının Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında mübahisə yaranıb.
Sərinişin kimi maşına əyləşib sonradan müfəttiş olduqlarını elan edən 4 nəfərin sürücünü döydükləri iddia olunur. Kürdəmir rayon sakini, 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlu paytaxtda taksi fəaliyyəti ilə məşğul olarkən 4 nəfərin hücumuna məruz qalıb.
Sürücü mülki geyimdə olan bu şəxslərin müştəri kimi maşına əyləşdiklərini bildirir. Qapılar bağlanan kimi "müştərilər" əvvəlcə sənəd, daha sonra isə lisenziyasız taksi fəaliyyəti göstərməsi üçün pul tələb ediblər.
Sənədlərinin ələ keçməməsi üçün Nəsir avtomobilini məcburən səkiyə dırmaşdırsa da bir fayda verməyib. Həmin şəxslər avtomobilin sənədini götürərək avtomobillə ərazidən uzaqlaşıblar. Məsələ ilə bağlı hələlik Nəqliyyat Nazirliyi heç bir açıqlama verməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?