“Korpus komandirləri bundan şəxsi məqsədləri üçün istifadə edib, qanunları saymayacaqsa, bu, orduda əlavə problemə yol aça bilər”.
Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyi tərəfindən tətbiq edilən yeni qaydaya əsasən, Korpus komandirlərinin kapitan rütbəli kadrların yerlərini dəyişməsi və hərbi rütbələr vermək hüququna malik olmasına münasibət bildirərkən dedi.
Hərbi ekspertin sözlərinə görə, rütbələr əvvəlki kimi yerli komandirlərin rəyi əsasında verildiyindən tətbiq olunacaq qanunda qeyri-adi heç nə yoxdur: “Əsas odur ki, xeyirli olsun və əlavə problemlər yaratmasın. Çünki hər rütbənin arxasında dövlətin verəcəyi ödəniş olur. Həm də özünə görə növbəti rütbənin alınma vaxtı var. Buna nəzarət olunmalıdır ki, sui-istifadə edilməsin. Düşünürəm ki, qayda özünü doğrultsa, davamı olacaq, doğrultmasa, olmayacaq və əvvəlki qayda tədbiq olunacaq”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?