Metropoliten rəisinin Novxanı bağları massivindəki villasının görüntüləri yayımlanıb Azərbaycanda məmurların yetərli qədər sərvəti olduqları, onların məmurdan daha çox oliqarxa çevrildikləri sirr deyil. Demokratiya.info bildirir ki, belə bir vəziyyətdə varlı məmur-oliqarxlar daha dəbdəbəli yaşamaq, daha göstərişli bir evin sahibi olmaq üçün bir birləriylə yarışa da girirlər.
Məsələn, Ziya Məmmədovun «Vorovski» və digər məntəqələrdəki villalarının dəyəri milyonlarla manatlarla ölçülür. Elə digərləri üçün də bu keçərlidir. Son dövrlər metro ilə bağlı qalmaqallı məsələlərin ortaya çıxmasından dolayı Metropolitenin rəisi Tağı Əhmədovun da imkanları və villaları məsələsi gündəmə gəlib. Demokratiya.info xəbər verir ki, ötən gün sosial şəbəkələrdə Tağı Əhmədova məxsus olduğu villanın şəkili yayılıb. Əslində, villadan daha çox qəsrə bənzəyən bu tikilinin Novxanı bağları massivində yerləşdiyi bildirilib. Təbii ki, biz bir məmurun bu qədər pula haradan sahib olduğu kimi suallar verməyəcəyik. Çünki görünən kəndə nə bələdçi…
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?