"Azadlıq Prospekti" metropoliten rəhbərliyindən azadlıq istəyir...
"Azadlıq Prospekti" metrostansiyasının tavanının tən ortasında xeyli vaxtdır nəmişlikdən nəinki daş-divar, hətta betonlar da az qalır dil açıb yalvara və göz yaşı tökə ki, dövlətin və millətin malına belə xor baxmazlar. Hər həftə metropoliten əməkdaşları həmin yeri təmir edib ağartsalar da xeyri olmur, yenə də oyulub tökülür. Bilirsiniz niyə? Çünki anoloqu olmayan bir məmur özbaşınalığı yaşanır ərazidə. Metrostansiyanın üstündəki parkı belə qamarlayıb çox mərtəbəli, ucu-bucağı görünməyən (bəlkə də binanın uzunluğu 200 metrdir) bina tikirlər.
Moderator.az bir neçə dəfə mövzuya toxunub və həmin tikintidən çoxsaylı fotolar təqdim edib oxuculara. Amma işbazlar heç nəyə əhəmiyyət vermədən yenə də iş başındadır. Görünür həmin kəmfürsətlər elə hökmlü adamlardı ki, nə Tağı Əhmədov zamanında onlarla bacara bildi, nə indiki metropoliten rəhbəri Zaur Hüseynov...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?