Peşə bayramı ilə əlaqədar xidmətin işçilərindən zirehli maşın alınması adı altında 50 manatdan pul yığılıb Penitensiar Xidmətdə qalmaqallı hadisə baş verib. Demokratiya.info sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən xəbər verir ki, qalmaqala səbəb xidmətin işçilərindən tank alınması adı altında pul yığılması göstərilir.
Belə ki, noyabrın 202-də peşə bayramı ilə əlaqədar xidmətin bütün işçilərindən 50 manatdan pul yığılıb və həmin pulla orduya tank alınacağı bildirilib. Üst-üstə 3000 işçisi olan Penitensiar Xidmətin əməkdaşlarının hər birindən 50 manatdan pul yığılarsa, bu ümumilikdə, 150 min manat edir ki, həmin pula da tank yox, heç onun tırtıllarını almaq belə mümkün deyil.
Həmin məlumatlarda daha sonra vurğulanır ki, əslində, «tank əməliyyatı» bəhanədir. İşin əsli xidmətin rəhbərliyində oturan şəxslərdən birinə «Gallenvagen» markalı maşının alınmasından ibarət olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?