GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Avropanın Oğurlanması

Avropanın Oğurlanması

Tarix: 26-11-2013, 01:05 Bölmə :Ölkə Baxış: 501
Avropanın Oğurlanması

Hər şey Belarusda başladı

Dünyada demokratiyanın inkişafının yavaşlaması get-gedə daha çox nəzərə çarpır. Freedom House bütün siyasi və mülki hüquqların təmin olunduğu ölkələrin sayının azaldığını qeyd edir. Bu tendensiya artıq altıncı ildir ki davam etməkdədir.

Bir çox hallarda bu onunla əlaqədardır ki, ABŞ və Avropada demokratiyanın irəliləyişi məsələlərinə münasibət dəyişmişdir.

Elə bir hiss yaranır ki, Avropa özünün söykəndiyi prinsiplərə bağlılığını itirir, hətta özünün yaxın tarixi ilə, azadlıq və avropa dəyərləri uğrunda mübarizə tarixi ilə emosional bağları da zəifləyir.

Yaxın keçmişdəki ümidlər

Avropanın uğurlu birlik tarixi siyasi oriyentir olmaqdan çıxır.

SSRİ-nin dağılmasından sonra Şərqi Avropa keçmiş imperiyanın həsrətini çox çəkmədi və üzünü qətiyyətlə NATO və Aİ tərəfə çevirdi. Avropa Birliyi Polşa, Çexiya, Slovakiya, Macarıstan, Litva, Latviya, Estoniya, Sloveniya, Bolqariya və Rumıniyanı üzvlüyə qəbul etdi. Gerçəklik Avropa qitəsində demokratik dünya, tərəqqi və insan hüquqları haqqında ən cəsur proqnozları kölgədə qoydu. Bütöv və azad Avropa arzusu həqiqət oldu.

90-cı illərdə hələ də təəssürat var idi ki, Şərqi Avropanın ardınca keçmiş SSRİ respublikaları, ən azından onun avropa hissəsi gələcəklər. Keçmiş SSRİ-nin avropa hissəsində demokratiya institutlarının yaradılması və inkişaf etdirilməsi üçün bu ən əlverişli dövr idi. Və, həqiqətən də, Belarus, Ukrayna və Rusiyada vətəndaş cəmiyyətinin inkişafına kömək etmək üçün çox sayda qeyri-hökumət təşkilatları yaranırdı. Lakin müxtəlif səbəblərdən onların fəaliyyəti müvəffəqiyyətsizliyə uğradı.

Yeni minilliyin əvvəllərində, Aİ-yə yeni üzvlər qəbul edilməsi üçün Avropanın ABŞ-a ehtiyacı var idi, Avropa əsas daxili siyasət postulatının demokratiyanın inkişaf etdirilməsi olan ABŞ siyasətini dəstəkləyirdi. Bu prinsipial həmrəylikdən Avropa, xüsusən də Avropaya qayıtmağa müvəffəq olan Şərqi Avropa ölkələri irəli düşdülər.

Demokratik dəyərlərdən uzaqlaşaraq, açıq-aşkar geriyə yuvarlanma bu gün keçmiş SSRİ-nin bütün ərazisində baş verir. Qərb meyilli qeyri-hökumət təşkilatları və onların tərəfdaşları isə keçmiş SSRİ respublikalarında fəaliyyətlərinin bütün illəri ərzində ən böyük təzyiqə məruz qalmışlar. Rusiyada qeyri-hökumət təşkilatları “xarici agentlər” elan edilmişlər. Belarusda onlar çoxdan “xalq düşmənləri”-dir. Avtoritar Rusiyanın təhlükəsi göz qabağındadır. Aİ ilə assosiativ razılaşma imzalamağa hazırlaşdığına baxmayaraq, Ukraynada avtoritar tendensiyalar güclənmişdir. Aİ ilə danışıqların özləri də Ukraynanın “mədəni seçimi” barəsində deyil, Ukraynanın avtoritar hakim dairələrinin maraqlarının təmin edilməsi barəsindədir.

Kədərli reallıq

Bu gün ABŞ nəinki demokratiyanın ümumilikdə irəliləməsindən, həmçinin Avropada demokratiyanın irəliləmə proseslərinə dəstək verməkdən uzaqlaşmışdır. İnsan haqları və demokratiyanı nəzərdə tutmayan, adət halını almış “təhlükəsizlik paradiqmasına” dönüş ona gətirib çıxardı ki, ABŞ azad olmayan ölkələrin yarısından çoxu ilə münasibət saxlayır, hətta hərdən çox sıx əlaqələr qurur. Buna görə də, “Ərəb baharı” ABŞ üçün gözlənilməz oldu və həm ABŞ, həm Avropa, həm də dünya üçün problemləri artırdı. “Ərəb baharının” səbəblərinin mənbəyindən asılı olmayaraq, bu tiranlara – Qərbin tərəfdaşlarına - qarşı üsyan idi.

Bu gün Avropa eyni səhvi təkrarlayır. O, keçən əsrin simasında, iki sistem, iki ideologiya qarşıdurması dövründə olan “realpolitik” prinsiplərinə qayıtmağa başlayıb. Bu bütün mümkün yollardan ən məhvedicisidir. Bu avtoritar və diktator rejimlərində yaşayan ölkələrdə demokratik hərəkatlara xəyanət edilməsinə gətirib çıxaracaq.

Belə bir dönüşün arqumentlərindən biri o yalnış fikirdir ki, Rusiya Qərbin təsirinə müqavimət göstərir və ona qarşı durmaq üçün tədbirlər görür. Bundan irəli gələrək, Avropa keçmiş sovet respublikaları və Rusiya arasında istənilən qarşıdurma əlamətlərini ayırd etməyə və ona dəstək olmağa çalışır.
Rusiyaya müqavimət göstərməklə bu cür rejimlərə kömək etməsi və bununla da onları totalitarizmdən uzaqlaşdırdığını hesab etməsi Avropa İttifaqının qaçılmaz səhvidir.

Əslində keçmiş sovet respublikaları Qərblə mübarizə aparmırlar, onlar alternativ model yaradıblar və ardıcıl olaraq onu baş rolda Rusiya olmaqla və Qərb “realpolitik” siyasətinin köməyi ilə möhkəmləndirirlər. Bəzi post-sovet dövlətlərinin Rusiya ilə yaranan istənilən çətinlikdən asılı olmayaraq, bu rejimlərin təbiətinə göz yummaq və onları yalnız Rusiya ilə mövcud olan bəzi çəkişmələr üzündən dəstəkləmək – bu ölkələrin dəyərlər sistemi və gələcəyi üçün məhvedicidir. Bununla belə Avropanın söykəndiyi təməl dəyərlər ikinci plana keçir. Birinci plana yenə geosiyasi rəqabət çıxır ki, bu da nəinki prinsiplərdən geri çəkilməyə, həmçinin totalitar rejimlərin gücləndirilməsi və qanuniləşdirilməsinə gətirib çıxarır.

Bu gün post-sovet respublikalarının hakim dairələri üçün avtoritar model qərb demokratiyasından daha cəlbedicidir. Onlar məhz bu yolla irəliləyirlər və heç bir qərb demokratiyasını könüllü olaraq qəbul etməyə hazırlaşmırlar. Nə üçün? Liberallaşma və demokratikləşmə onların hakimiyyətlərinin itirilməsinə gətirib çıxaracaq, amma Avropa ilə həmişə razılaşmaq və ikitərəfli münasibətlərdə insan haqları kimi ağılsızlıqları ixtisar etmək olar. Beynəlxalq öhdəliklərin pozulmasına görə cəza çəkmirlər, Aİ siyasətinin təsiri altında dəyişməyə niyyətləri yoxdur, çünki bu onların diktator rejimlərinə təhlükə yaradır.

Post-sovet avtoritarizmi Sovet Birliyininkindən daha irəli gedib. Keçmiş güc derjavası həddini bilirdi. Qərblə qarşıdurma düşmən ərazisində deyil, “üçüncü dünya ölkələri"ndə aparılırdı. Qərbi Avropada SSRİ ənənəvi üsullarla hərəkət edirdi: casusluq, təbliğat cəhdləri, kommunistlərə dəstək.

Bu gün hər şey dəyişib. Post-sovet avtoritarizmi Avropanın zəifliyini hiss edib və ona öz qaydalarını daha qızğın surətdə yeritməyə çalışır. Ola bilsin ki, bu hələ şüurlu strategiya kimi formalaşmayıb, amma “Avropanın oğurlanması” vüsəti və effektivliyi heyrətləndirir.

Qorxulu gələcək

Hər şey Köhnə dünyaya çoxlu pul axınından sonra başladı. Post-sovet nuvorişləri Qərbi Avropada arzu edilən müştərilərə çevrildilər. Əvvəlcə onlar sadəcə kef çəkmək və həyatlarından zövq almaq üçün gəlirdilər, get-gedə anladılar ki, “axmaq şərtlərə” uyğunlaşmağa da ehtiyac yoxdur, pullar isə onlara özlərini istədikləri kimi aparmağa və istənilən qanunu pozmağa imkan verir.

Sonra başladılar daşınmaz əmlak almağa, öz bizneslərini Avropaya və ya avropa “ofşorlarına” köçürməyə, idman klublarını və əyləncə mərkəzlərini almağa. Avropaya ilkin səyahətlərin təcrübəsi çox faydalı oldu. Bir halda ki, bütün anlaşılmazlıqları həll edəcək yüksək məvacibli qərb hüquqşünaslarını işə götürmək olar, onda qanunları gözləmək nəyə lazımdır?

Bu gün post-sovet dövlətlərinin biznesi bütün avropa ölkələrində mövcuddur. Buna bariz nümunə kimi..

Biznesə lobbiçilik lazımdır, təbii ki, Avropa siyasətçiləri və parlamentariləri vasitəsilə... bununla da post-sovet biznesmenləri və siyasətçiləri tezliklə məşğul olmağa başladılar. Riqa Aİ-də sanksiyaların zəifləməsi üçün lobbiçilik edir ki, bununla da Latviya limanlarından neft məhsullarının ixracatını təmin etsin. Qərblə “enerji” müharibələrinin qızğın vaxtında Almaniya Federativ Respublikasının keçmiş kansleri Şreder “Qazprom”-a işə düzəlir.

Avropaya oğurluq məqsədilə daxil olmanın növbəti mərhələsi intellektual idi. Qərbdə lazımi təşviqatla məşğul olacaq qeyri-hökumət təşkilatlarını yaratmaq və himayə etmək cəhdlərinin uğursuzluqla nəticələnməsindən sonra, Rusiya və bir sıra başqa ölkələr qərb həqiqətləri haqqında dolğun biliklərlə avtoritar və diktator rejimlərinin maraqlarını müdafiə edən analitikləri, jurnalistləri sadəcə pulla aldılar.

Bahalı PR-agentliklər post-sovet dövlətlərinin hakim avtoritar rejimlərinə həvəslə xidmət edirlər və Avropada bu ölkələrdə insan hüquqlarının pozulması hallarından diqqəti yayındırmaq üçün əllərindən gələni edirlər. Lord Bellin agentliyi bir vaxtlar Böyük Britaniya və Avropada Lukaşenkonun maraqlarına xidmət etməklə məşğul olurdu. Belə təsirə əsaslı nümunə kimi Maqnitski qanununu göstərmək olar ki, bu qanun ABŞ-da qəbul edilmişdir və Rusiya ilə münasibətləri korlamamaq üçün Avropa onu heç cürə qəbul etmək istəmir.

Bütün bunları dünya diktatorları izləyirlər. Onlar məmnundurlar, Avropa İttifaqı məhkəməsi Belarusda özlərini jurnalist və ya seçki komissiyalarının üzvləri adlandıran və diktator rejiminin nümayəndələrinin “qara siyahısına” düşənlərin müraciətlərinə baxmışdır. Bundan əlavə, məhkəmə diktaturaya xidmət göstərən bəzi biznesmenlərin bu siyahıdan çıxarılma tələblərinə də baxmışdır. Məhkəmə nəinki tələbləri qəbul etdi, hətta avropa dəyərlərinə qarşı fəaliyyət göstərən cinayətkarların hüquqşünaslarının xidmət haqqını ödəmək qərarını çıxartdı. Və budur, Zimbabve tiranı Muqabe sanksiyalara kompensasiya müqabilində Avropa məhkəməsinə çoxmilyardlı tələblər irəli sürür. Bəlkə günün bir günü diktatorları müdafiə etməkdən çəkinməyən avropanın yüksək məvacibli hüquqşünasları sübut edərlər ki, xalqın məhv edilməsi – tiranın əsas hüququdur?

Avropa demokratiyası daxili istifadə üçün hansısa vasitəyə çevrilir. O, Avropanın daxilində işləyir və ondan həm siyasətçilər, həm jurnalistlər, həm dövlət məmurları, həm də sadə vətəndaşlar böyük məmnuniyyətlə istifadə edirlər, Aİ-in sərhədlərində isə bu artıq işləmir.

Avropa İttifaqı daxilində demokratiya prinsipləri saxlanılır. Müstəqil məhkəmə sistemi insan haqlarının həm ayrı-ayrı şəxslər, həm də dövlət tərəfindən pozulmasından müdafiəni təmin edir. Əvəzində hüdudlardan kənarda prinsipləri unutmaq və diktatorlarla iş birliyi qurmaq olar. Bir zamanlar Vatslav Havelin “diktatorların sakitləşdirilməsinin uğursuz təcrübəsi” adlandırdığı indi “cəlb etmə siyasəti” adlanır. Avropa İttifaqı Lukaşenko ilə münasibətlərdə məhz bunu təklif edir, o rejim ki, müxalifət liderləri, jurnalistlərin aradan götürülməsi və öldürülməsi, insan hüquqlarının kütləvi şəkildə pozulması, milli mədəniyyət, tarix və dilin məhv edilməsinə görə məsuliyyət daşıyır.

Hər şey Belarusda başladı

Mən əminəm ki, Avropanın “oğurlanması” Lukaşenkodan başlandı. Belarusda məhz 90-cı illlərdə, Avropanın özünün böyük ümidlərinin, genişlənmə və ümumi dəyərlərinin ən yaxşı dövrünü yaşadığı vaxtlarda Avropanın sonuncu diktaturasının əsasları qoyulmuşdu. 1996-cı ildə referendum adı altında dövlət çevrilişi və hakimiyyətin Lukaşenko tərəfindən ələ keçirilməsi baş verdi. Aİ münasibətlərin dondurulması ilə cavab verdi və növbəti dürüst seçkilərin keçiriləcəyinə ümid etməyə davam etdi. 1999-cu ildə məşhur, xalqın dəstəyini qazanmış müxalifət liderləri öldürüldü: Gennadi Karpenko, Yuri Zaxarenko, Viktor Qonçar. Onların hər biri seçkilərdə diktatora qalib gələrdi. Avropa heç bir reaksiya vermədi. Avropa Şurası özünün istintaqını apardı, lakin bu qətllərdən bir neçə il sonra oldu. Bu müddətdə isə Belarusda diktator çağdaş Avropada ən sərt totalitar sistemi müntəzəm və planlı şəkildə qurmaqda idi.

Belarusda diktator hakimiyyəti tərəfindən sınaqdan keçirilmiş üsullar post-sovet məkanında, xüsusilə Rusiyada diqqətlə öyrənilirdi. Sadəcə öyrənilmir, həm də mənimsənilirdi. Bu gün Rusiyada Lukaşenko təcrübəsinin nə dərəcədə aktiv şəkildə yürüdüldüyü çox aydındır. Növbəti kəskin münaqişədən sonra Avropa ilə münasibətlərin bərpa olunması sürəti də izlənilir.

Başqa sözlərlə, Avropa Lukaşenkonu törətdi, o da öz növbəsində putin Rusiyasını.

Belarusda diktatura təcrübəsi onu göstərir ki, Qərblə istənilən münasibətlərin kəskinləşməsindən sonra, dinc nümayişlərin qəddarlıqla yatırılması, siyasi məhbusların sayının artmasından sonra qısa vaxt kəsiyi keçdiyi müddətdə Avropada müflis olmuş rejimin lobbiçiləri mütləq tapılacaq, ölkənin daxilində isə Aİ-ni “realpolitik”-ə birgə səylərlə qaytaracaq sazişçilər tapacaqlar.

Post-sovet məkanında demokratik dəyərlər, prinsiplər, normaların yenidən yaradılması, möhkəmləndirilməsi və inkişafının təminatçısı kimi ABŞ-ın aktiv iştirakı ilə birləşmiş Avropa çıxış etməlidir. Bu həm avroatlantizm, həm post-sovet dövlətləri, həm də Avropanın özü üçün lazımdır. Lakin bu baş vermir və bu gün Avropa ona ixtiyari maliyyə, ipoteka və ya valyuta böhranından daha güclü zərbələr vuracaq real dəyərlər böhranı keçirir.

Böhran məhz ondan ibarətdir ki, Avropa demokratik dəyərlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsində öz missiyasını dərk etmir. Ona elə gəlir ki, qonşu diktator rejimləri ilə ticarət etmək və əlaqələr qurmaqla məşğul olarkən öz institut və dəyərlərini zərər olmadan qoruya bilər. Bu isə səhvdir.

Heç bir “realpolitik”, heç bir “cəlb edilmə” və diktatorlarla oynama Avropa üçün gözlənilən və təhlükəsiz qonşuluq yaratmayacaq. Bu rejimlərin “cəlb edilməsi” onlara qanunilik verir və onlar qarşısında Avropaya qapıları açır, nəticədə onların təsiri altında dəyərlərin eroziyası baş verir.

Xatırlatmaq lazımdır ki, dünyada beş il bundan əvvəlkindən daha az azad ölkə var.

Yalnız diktaturanın fəaliyyətinin prinsipial qiymətləndirilməsi, avtoritar və diktatura rejimləri tərəfindən insan haqlarının pozulmasına cavab olaraq dürüst, güclü və cəsarətli mövqe və demokratik hərəkatların qətiyyətlə dəstəklənməsi Avropaya öz dəyərlərini müdafiə etməyə və yeni münaqişələr və “sivilizasiyaların toqquşmasının” qarşısını almağa imkan verəcək.

Andrey Sannikov, “Avropa Belarusu” vətəndaş kampaniyasının lideri, 2010-cu il seçkilərində prezidentliyə namizəd.
Orijinalı bu linkdə http://euobserver.com/opinion/122187
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropada terror riskinə görə ölkələrin REYTİNQİ - SİYAHI

    Avropada terror riskinə görə ölkələrin REYTİNQİ - ...

    30-06-2016, 11:44

  • 
  • Futbol millimiz Ermənistanla eyni qrupda

    Futbol millimiz Ermənistanla eyni qrupda ...

    28-11-2013, 15:30

  • 
  • Sarkozi: "Türkiyə üçün Avropada yer yoxdur"

    Sarkozi: "Türkiyə üçün Avropada yer ...

    20-03-2016, 20:30

  • 
  • Klassik Xalq Cəhbəsi Partiyası Ali Məclisinin B Ə Y A N A T I

    Klassik Xalq Cəhbəsi Partiyası Ali Məclisinin B Ə ...

    3-05-2015, 13:53

  • 
  • Avropa Liqası: Kubok Bakıda öz sahibini tapacaq

    Avropa Liqası: Kubok Bakıda öz sahibini tapacaq ...

    27-06-2016, 13:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu