Adi ailənin bir həftəlik qida rasionu Amerika fotoqrafı Peter Mençel uzun illər səyahət etdiyi ölkələrdə yalnız bir süjet üzrə fotosessiya edib: orta statistik ailə bir həftəlik ərzağın fonunda.
Layihənin müəllifi çalışıb ki, ailə hər cəhətdən ölkə üçün tipik olsun. İstər uşaqların sayına görə, istər geyimlərinə, həyata baxışları, qidalanmaları ilə. Fotosessiyanı müəllif “Ac planet” adlandırıb.
Fotolarda biz həftəlik 731 dollarlıq bazarlıqla Norçevi, cəmi 1 dollar 23 sentlik ərzaqla dolanan Çadı da görürük. Dünyanın bir tərəfində kifayət qədər yeməyi olan ailə, digər tərəfində isə sadəcə yarma ilə dolanan ailə... Belə ziddiyyətli məqamları bu fotosessiyanı maraqlı edən əsas şərtdir.
Fotolar həm də hansı ölkələrdə insanların nə yedikləri, hansılarının daha çox tərəvəzə, meyvələrə, hansılarının daha çox ətə, çörəyə, müxtəlif şirin içkilərə üstünlük verdiyini göstərir. “Ac planet” layihəsinin fotolarını təqdim edirik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?