Bir qrup YAP-çı Milli Şuranın prezidentliyə keçmiş namizədinə qarşı xüusi ittiham qaydasında məhkəmə iddiası qaldırır
Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli xüsusi ittiham qaydasında məhkəməyə verilir. Bu barədə Azerinews.tv-yə etibarlı mənbələrdən məlumat daxil olub.
Həmin məlumatda deyilir ki, Cəmil Həsənlidən xüsusi ittiham qaydasında məhkəməyə şikayət etməyə hazırlaşanlar YAP-dan olan bir qrup şəxsdir. Qaldırılan iddia isə onun prezident seçkiləri dövründə İTV-nin efirindən səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb olunmasından ibarətdir. Azerinews.tv-yə verilən məlumatda vurğulanır ki, iddia sənədi artıq hazırdır və yaxın günlər üçün Bakıdakı məhkəmələrdən birinə təqdim olunacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?