Son günlər xüsusilə qış fəslinin yaxınlaşdığı bir vaxtda paytaxda sərxoş halda aşkar edilənlərin sayı artıb Müəllif ANS TVBaxılıb 17Kateqoriya Həyat tərzi Son günlər xüsusilə qış fəslinin yaxınlaşdığı bir vaxtda paytaxda sərxoş halda aşkar edilənlərin sayı artıb. Gündəlik olaraq sərnişin avtobuslarında, metroda belə hallarla üzləşməmək mümkün deyil. Lakin sərxoş halda gəzməklə kifayətlənməyib özlərinə parklardakı oturacaqları, yol kənarlarını, səkiləri yatmaq üçün məskən seçənlərə də rast gəlmək olur.
Elə aşkar edilən həmin sərxoşlar məhz Bakı Şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilir və burda onlara müayinədən keçirilməklə yardım edillir. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə son zamanlar sərxoş halda küçələrdə gecələyənlərin sayı artıb: “Gündəlik olaraq bizim taksikologiya şöbəsinə sərxoş halda 4-5 müraciət olur. Bu zəhərlənmə kimi qiymətləndirilir. Sərxoş halda onları bizim şöbəyə təcili yardım gətirir. Noyabr ayında 30 müraciəti keçib. Əsas da gecə vaxtı müraciətlər olur. Yaşları da 20-25 arasında olan cavanlardır”.
Bundan başqa şöbə müdiri onu da bildirdi ki, bu cür sərxoşlar üçün əvvəlki vaxtlarda olduğu kimi, ayıltma məntəqələri yaradılmalıdır və onlarla pisixoloji söhbətlər aparılmalıdır. Ümumiyyətlə, dinimizin də qadağan etdiyi bu spirtli içkilərin mütəmadi olaraq qəbul edilməsi əvvəl qaraciyərdə serroz xəstəliyini yaradır, daha sonra isə insan ölümlə üz-üzə qalır. Dövrünün məşhur şairi Əfzələddin Xəqaninin təbirincə desək, içkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu isə fəlakətdir. Yaxşı olar ki, elə bu fəlakətdən özümüz-özümüzü uzaq edək ki, nə günahkar olaq, nə də ki, cansız bədən.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?