İtaliyaya rəsmi səfər edən Vladimir Putin İtaliya mətbuatının tənqidinə tuş gəlib
Dünya İtaliyaya rəsmi səfər edən Vladimir Putin İtaliya mətbuatının tənqidinə tuş gəlib. Belə ki, Rusiyanın ölkə başçısı Romaya 5 təyyarə və 50 zirehli avtomobil gətirib. üç əsas rəsmi şəxsin (baş nazirin müavini Arkadi Dvorkoviç, müdafiə naziri Sergey Şoyqu və XİN-in başçısı Sergey Lavrov) müşayiətilə səfərə çıxan Putinin 50 zirehli avtomobil kortejilə görüşlərə getməsinin səbəbləri açıqlanmır.
Xatırladaq ki, Vladimir Putin İtaliyada heç də müsbət imici olmayan eks baş nazir Silvio Berluskoni ilə onun evində görüşüb. Kreml isə mətbuata belə qeyri-formal görüşün olacağı barəsində öncədən informasiya sızdırmayıb. Putinin Berluskoninin evinə gəlməsi xəbərini isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yayıb. İtaliyanın “Corriere della Sera” saytı Putinin bu səfəri haqda yazdığı geniş materialını maraqlı fikirlərlə tamamlayıb: “Dünyanın ən güclü insanı İtaliyaya Rusiyanın bütün siyasi və iqtisadi liderlərini gətirib”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?