GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda biznesmen ər arvadından aliment alır

Azərbaycanda biznesmen ər arvadından aliment alır

Tarix: 27-11-2013, 20:05 Bölmə :Ölkə Baxış: 854
Azərbaycanda biznesmen ər arvadından aliment alır
Goranboy rayonunda film kimi ailə dramı yaşanır. Rayonun Kəpənəkli kəndində yaşayan bir iş adamı əlil olan keçmiş həyat yoldaşından... aliment tələb edib. Və onun bu tələbi məhkəmə qaydası ilə yerinə yetirilib.

Tərəflərin uşaqlara himayədarlıq üstündə gedən mübahisəsi uşaqların anadan alınaraq ataya verilməsi ilə nəticələnib. Belə ki, Goranboy Rayon Məhkəməsi qadının 40 manat aliment ödəməsinə dair qərar çıxarıb.

Bu barədə virtualaz.org saytına qadın özü - Elnarə Mustafa qızı Həsənova məlumat verib.

Şikayətçi uşaqlarının geri qaytarılması üçün kömək istəyir: “17 yaşında ailə qurmuşam. Lakin ailəmizdə daim söz-söhbət, münaqişə olub. Həyat yoldaşım, yəni indi artıq keçmiş olan ərim üzərimə ağ neft tökərək məni yandırdı. Amma mənə nə arxa-dayaq duran, nə də geri qayıtmağa yolum olmadı. Buna görə də polisdə qəza nəticəsində yandığıma dair izahat yazdım”.

Üzündən və bədəninin müxtəli yerlərindən yanıq xəsarəti alan E.Həsənova uzun illər çadrada gəzib.

“Heydər Əliyev Fondunun dəstəyi ilə əməliyyat olunmuşam. Amma yenə də əvvəlki görkəmimə qayıtmağım mümkün olmadı. Bu hadisənin təsirindən günlərlə koma vəziyyətində qalmışam. Məni həyata bağlayan şey yalnız o iki uşağım olub. Döyülsəm də, təhqir edilsəm də uşaqlarımdan ayrı qalmamaq üçün dözmüşəm” - deyə ana bildirdi.

Şikayətçinin sözlərinə görə, Goranboy Rayon İcra Hakimiyyətinin qəyyumluq şöbəsi uşaqları ananın himayəsinə verib: “Sonra məhkəmə oldu. Uşaqlar məhkəmədə atalarının qorxusundan onunla qalmaq istədiklərini dedilər. Məhkəmə də uşaqları atalarının himayəsinə verdi. Məni inandırdılar ki, istədiyim zaman uşaqlarla danışa, qala bilərəm. Məhkəmədən sonra keçmiş həyat yoldaşım uşaqların mənimlə görüşünü yasaqladı. Bir evin içərisində uşaqlarla danışmadan, onları kənardan izləməklə yaşayıram. Uşaqların mənimlə adi ünsiyyəti atalarının qəzəbinə səbəb olur. Mən öz balalarımı kənardan izləmək məcburiyyətindəyəm”.

Keçmiş həyat yoldaşının fermer olduğunu deyən Elnarə Həsənova onun tərəfindən bir neçə dəfə polisə verildiyini dedi: “Keçmiş həyat yoldaşım onu döydüyümü iddia etdi. Buna görə mənə cərimə də tətbiq edilib. Halbuki onu və məni görən bunun fiziki cəhətdən mümkün olmadığını bilərdilər”.

Qadına qarşı daha bir ittiham onun narkotik qəbul etməsi iddiası olub: “Yoxlamadan keçdim və heç bir vaxt narkotik qəbul etmədiyimi rəsmən təsdiqlədim. Sonra mənə ruhi xəstə damğası vuruldu. Bunun da doğru olmadığını həkim arayışı ilə sübut etdim. Növbəti ittiham AİDS virusuna yoluxmağımla bağlı oldu. Amma bu da təsdiqini tapmadım”.

E.Həsənova keçmiş həyat yoldaşının uşaqlarla kobud rəftar etdiyini iddia edir: “Mən əlaqədar qurumlara müraciət edərək evə gizli kamera quraşdırılmasını xahiş etdim. Beləliklə, uşaqlara qarşı təzyiqlər edildiyini sübut etmək mümkün idi. Məndə onun uşaqlarla necə rəıftar etdiyinə dair sübutlar var. Amma kömək edən, balalarıma qovuşmağıma yardımçı ola yoxdur”.

Şikayətçi qeyd etdi ki, hazırda keçmiş həyat yoldaşı ilə məhkəmə prosesi davam edir.



Qeyd edək ki, qadına “Təmas” Regional İctimai Birliyi yardım edir. Bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Südabə Məmmədova məlumat verdi: “Bizim sığınacaq bu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Zorakılığa məruz qalan, o cümlədən insan alveri qurbanlarını sığınacaqda yerləşdiririk. Lakin maliyyə imkanlarımız olmadığından köməksiz qadınlara əlavə yardımlar edə bilmirik. Buna baxmayaraq həmin qadının problemlərinin həllinə kömək etməyə çalışırıq”.

Yazıda səslənən fikirlərlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə qətnaməsi niyə icra edilmir?, yaxud nənə nəvəsinə aliment ala bilmir.

    Məhkəmə qətnaməsi niyə icra edilmir?, yaxud nənə ...

    5-02-2015, 00:27

  • 
  • Azərbaycanda ər arvadına uşaqlarının gözü qarşısında işgəncə verdi

    Azərbaycanda ər arvadına uşaqlarının gözü ...

    4-12-2014, 13:00

  • 
  • GƏNCƏ MƏHKƏMƏSİNİN QARŞISINDA QADIN ÖZÜNÜ YANDIRDI

    GƏNCƏ MƏHKƏMƏSİNİN QARŞISINDA QADIN ÖZÜNÜ YANDIRDI ...

    25-07-2013, 20:40

  • 
  • Həyat yoldaşından Mübariz Mənsimova 3 milyard dollarlıq boşanma iddiası

    Həyat yoldaşından Mübariz Mənsimova 3 milyard ...

    16-01-2014, 13:13

  • 
  • Masallıda film kimi hadisə: qadın 5 saat kolluqda gizləndi, “əxlaqsız” oldu

    Masallıda film kimi hadisə: qadın 5 saat kolluqda ...

    2-10-2015, 18:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu