GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Jurnalist həkim səhlənkarlığına görə Çingiz Qənizadəyə müraciət etdi

Jurnalist həkim səhlənkarlığına görə Çingiz Qənizadəyə müraciət etdi

Tarix: 28-11-2013, 12:36 Bölmə :Ölkə Baxış: 667
  Jurnalist həkim səhlənkarlığına görə Çingiz Qənizadəyə müraciət etdi
Jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının (Niftəliyeva) “Medi Sina” klinikasında həkim səhlənkarlığı nəticəsində vəfat etməsindən sonra Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işi istintaqının gedişindən narahatlığını növbəti dəfə gündəmə gətirib. Istintaqın gedişini ictimai nəzarətdə saxlamaq üçün jurnalist bu gün millət vəkili Çingiz Qənizadəyə müraciət edib.

Müraciətdə bildirilir:


“Hörmətli Çingiz müəllim!

Sizə müraciətimin səbəbi bu il sentyabrın 20-də həyat yoldaşım, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, ədəbi tənqidçi Elnarə Tofiqqızının (Niftəliyeva) “Medi Sina” klinikasında əməliyyat zamanı həkim terroru nəticəsində dünyasını dəyişməsinə hüquq-mühafizə və səhiyyə strukturlarının qeyri-adekvat münasibətidir.

İctimaiyyətin diqqətində olan və gündəmdə saxlanan bu məsələ haqqında yəqin ki, məlumatınız var. Əlavə olaraq bildirim ki, “Medi Sina” klinikasında baş verən qətldən sonra yoldaşımın nəşi ekspertizadan keçirilib, ilkin və yekun rəylər açıqlanıb. Hər iki rəydə E.Tofiqqızının “nəfəs çatışmazlığı” səbəbindən dünyasını dəyişdiyi təsdiqlənib. Hazırda Tibbi Komissiya rəyi hazırlanır və həkimlərin məsuliyyətsizliyi aydınlaşdırılır.
Ancaq məsələ bundadır ki, Nəsimi Rayon Prokurorluğunda sentyabrın 25-də cinayət işi qaldırılsa və faktiki olaraq həkim səhlənkarlığı ilə bağlı ekspertizanın yekun rəyi ortada olsa da, istintaq qrupu demək olar ki, heç bir fəaliyyət göstərmir. İstintaq qrupu yalnız ilk günlər həkimlərin və zərərçəkmiş kimi mənim ifadəmi aldıqdan sonra, “komisyon rəyi gözləməklə” məşğuldur. Halbuki bu işdə həkim məsuliyyətsizliyi və səhlənkarlığından əlavə, daha böyük cinayət gizlənir.
Əvvəla, cərrahiyyə əməliyyatını həyata keçirən həkimlər – Mahir Məmmədov, Fərəcullah İdrisov və Firuz İbrahimov – heç biri “Medi Sina” klinikasının həkimləri deyillər. Onkoloq Mahir Məmmədov 1 saylı Hərbi Hospitalın onkologiya şöbəsinin müdiri, Fərəcullah İdrisov Topçubaşov adına Klinik Cərrahiyyə Elmi Tədqiqat İnstitutunun cərrahı, Feruz İbrahimov isə 1 saylı Şəhər Klinik Xəstəxanasının (Semaşko) anestezioloqudur. İndiyə qədər aydınlaşdırılmayıb ki, bu insanlar öz əsas iş yerlərindən sentyabrın 20-də, 5-ci gün necə ayrılıblar.
İkincisi, Səhiyyə Nazirliyinin daxili qərarı ilə, onkoloji əməliyyatlar özəl klinikalarda aparıla bilməz, qadağandır. Mən bu qərardan xəbərsiz olmuşam, amma bu daxili qərarı həkimlər yaxşı bilirlər. Onlar bu faktı məndən gizlətməklə, əslində, tamah məqsədilə əvvəlcədən cinayətə əl qoyublar.
Üçüncüsü, əməliyyat üçün niyə “Medi Sina”nın seçilməsi və məndə nə qədər pul alınması yönündə heç bir araşdırma aparılmayıb. Məlumat üçün deyim ki, məndə əməliyyat üçün 1000 (min) manat pul alan Fərəcullah İdrisovun əslində əməliyyatı kimlərlə və necə danışdığı, “Medi Sina”da əməliyyat otağını necə götürdüyü hələ də aydınlaşmayıb.
Mən əməliyyata gedənə qədər “Medi Sina” adlı klinikanın mövcudluğundan xəbərsiz olmuşam. Əməliyyata məni məcbur edən şəxs ailəmizə yaxın hesab etdiyim Fərəculla İdrisovdur. Məhz o, tamah məqsədilə mənim ona inamımdan sui-istifadə edərək, məni əməliyyatın vaciblyinə inandırmış, digər iki həkimlə razılaşmış və bu üçlük əvvəlcədən düşünülmüş surətdə qeyri-qanuni əməliyyat aparmışlar.
Bu barədə Nəsimi Rayon Prokurorluğunda ifadəmdə ətraflı göstərsəm də, istintaq qrupu heç bir araşdırma aparmayıb. Əksinə, bu üç həkimdən yalnız biri – Firuz İbrahimov özünə vəkil tutub və o vəkil qeyri-rəsmi söhbətlərdə artıq digər iki həkimin istintaqla anlaşdığını, məsuliyyətdən yaxa qurtarmaq üçün razılaşdırlarını bildirib.
Dördüncü, istintaq hələ də aydınlaşdırmayıb ki, bu əməliyyata heç bir ehtiyac olmadığı halda niyə biz əməliyyatın vacibliyinə inandırıblar.
Beşinci, bu əməliyyat üçün narkozun verilməsinə ehtiyac olmadığı halda, əməliyyat öncəsi bizim israrlarımıza baxmayaraq, hər üç həkim niyə israrla narkozdan istifadəni vacib saydı?
Altıncı, tamah məqsədi ilə bu cinayətə qol qoyan hər üç həkim hazırda da iş başındadırlar və onların növbəti qurbanlarının kim və ya kimlər olduğu (və ya olacağı) məlum deyil. İstintaq müddətində bu həkimlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı Səhiyyə Nazirliyi heç bir addım atmayıb və bu cinayəti görməzdən gəlməklə məşğuldur. Bu qədər ictimailəşmiş və xüsusi narahatlıq yaradan qətllərlə bağlı Səhiyyə Nazirliyi niyə önləyici addımlar atmır?


Hörmətli Çingiz müəllim!

Son aylar həkim terrorundan nə qədər ailənin bədbəxt olduğunu, necə faciələrin yaşandığını və bunun ictimaiyyət arasında necə narahatlıq yaratdığını yəqin ki, müşahidə edirsiniz. Cinayətin cəzasızlığı, həkim terroruna qarşı loyal münasibət faktiki olaraq bəzi mənfəətpərəst, pasientə qazanc mənbəyi kimi baxan həkimlərin sırasını genişləndirir və onların əl-qolunu açır.
Nə qədər ki, bu tip həkimlər öz layiq olduqları cəzanı almırlar, onlar yenə də xəstələri aldadıb, yalançı əməliyyatlara inandırmaq və qətllər seriyasını davam etdirməklə məşğul olacaqlar – necə ki, məşğuldurlar. Ona görə də bu həkim terrorundan heç kim sığortalanmayıb; bu terror artıq şəxsi müstəvidən çıxıb, ictimai əhəmiyyət kəsb edir və ciddi ölçü götürülməlidir.
Bu müraciətlə bir hüquq müdafiəçisi və millət vəkili kimi, həyat yoldaşım Elnarə Tofiqqızının qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işiylə maraqlanmağınızı, Baş prokurorun və Səhiyyə nazirinin diqqətinin bu cinayətə cəlb edilməsi üçün lazım olan addımları atmağınızı, həmçinin Milli Məclisdə həkim terroru məsələsini müzakirəyə çıxarmağınızı Sizdən xahiş edirəm.


Əvvəlcədən təşəkkür edirəm”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Medi Sina" klinikasının baş həkimi istefa verib

    "Medi Sina" klinikasının baş həkimi ...

    4-12-2013, 11:00

  • 
  • Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı

    Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı ...

    12-12-2013, 12:25

  • 
  • Elnarə Tofiqızının ölümü ilə bağlı müstəqil təhqiqat başladı

    Elnarə Tofiqızının ölümü ilə bağlı müstəqil ...

    25-11-2013, 12:18

  • 
  • Elnarə Tofiqqızının ölümü ilə bağlı təqsirləndirilən həkim məhkəmə zalında həbs edilib

    Elnarə Tofiqqızının ölümü ilə bağlı ...

    31-08-2015, 18:34

  • 
  • Anar Niftəliyevin vəsatəti təmin olundu

    Anar Niftəliyevin vəsatəti təmin olundu ...

    21-01-2014, 12:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu