Əgər təklif edilən layihə dövlət tərfindən təsdiqlənsə, 40 dərəcəli yarım litrlik arağın qiyməti 199 rubl olacaq \ İqtisadiyyat Rusiyada 2014-cü ildə yarım litrlik rus arağının qiymətinin 17 faiz yuxarı qalxması gözlənilir. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, əgər təklif edilən layihə dövlət tərəfindən təsdiqlənsə, 40 dərəcəli yarım litrlik arağın qiyməti 199 rubl olacaq. Bu barədə “Rosalkoqolrequlirovanie” qərar verib.
Xatırladaq ki, 2012-ci il il iyulun 1-dən etibarən Rusiyada yarım litrlik arağın minimum qiyməti 125 rubla qaldırılmışdı və həmin vaxt Rusiya mətbuatı belə informasiya yaymışdı ki, spirtli içkilərin, o cümlədən arağın qiymətinə 2014-cü ildə yenidən baxılacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?