Xəbər verdiyimiz kimi, bu gün İsmayıllı hadisələri bağlı keçirlən məhkəmə prosesi Şəki rayon məhkəməsində öz işinə başlayacaq. Məhkəmədə Müsavat başqanının müavini Tofiq Yaqublu, "ReAl" təşkilatının sədri İlqar Məmmədovla yanaşı, İsmayıllıdan olan və 23 yanvar hadisələrinə bu və ya digər şəkildə qarışan şəxslər mühakimə olunur.
Əməkdaşımızın Şəkidən verdiyi xəbərə görə, məhkəmənin qarşısı yenə qələbəlikdir. İstər Tofiq Yaqublunun və İlqar Məmmədovun çoxsaylı tərəfdarları, istərsə də digər müttəhimlərin qohum-əqrəbası məhkəmə binasının özünə gəliblər və məhkəmə prosesində iştirak etmək istəyirlər.
Ancaq şəkildən də göründüyü kimi, Şəki polisi məhkəməyə gələnlərə qarşı xarici filmlərdəki tək, faciəvi cinayət hadisəsi baş vermiş əraziyə üstünə "daxil olmaq qadağandır" xəbərdarlığı yazılmış lent çəkərək buraxmadıqları kimi bir davranış sərgiləyir, onları məhkəmə binasına yaxın getməyə qoymurlar.
Əməkdaşımızın verdiyi xəbərə görə, bir çox siyasi fəallar zala buraxılmasalar da, Milli Şuranın lideri Cəmil Həsənli və bəzi səfirliklərin təmsilçiləri məhkəmə binasına daxil olublar.
Sorğu
Yeni dizaynımız necədir?