Bakıda avtoralli zamanı itkin düşən azyaşlı qızlar tapıldı.
Evdən qaçan 12 və 17 yaşlı qızlar “Bulvar” yaxınlığından tapılıb.
Bir neçə gündür təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirən Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi nəhayət dünən axşam saatlarında onları tapıb:
Bununla bağlı açıqlama verən Leylanın atası Müşfiq Məmmədov bildirib ki, onları Sahil metrosunun yaxınlığından tapıblar:
“Hazırda qızım prokurorun yanındadır. Hadisə ilə bağlı onunla ətraflı söhbət edirlər. Bildiyim odur ki, qızımı özündən 5 yaş böyük olan Qönçə yoldan çıxardıb. Qönçənin atası da, anası da ölüb. Onu da indi bibisinə təhvil veriblər. Polislər onları tapandan yanlarında başqaları da olub. Amma polislər onların kim olduğunu mənə demədilər” - deyə, M.Məmmədov söyləyib.
Evdən qaçdıqları 6 gün ərzində Leylanın ona tez-tez anonim nömrələrdən zəng etdiyini deyən M.Məmmədov, bu 6 gündə onların internet klublarında gecələdiklərini bildirib:
“Bu neçə gündə mənə anonim nömrədən zəng edib “gəlirəm, gəlirəm” deyirdi, amma məni aldadıb gəlmirdi. İndi öyrəndim ki, Qönçənin telefonu ilə zəng edirmiş.
Onların evdən qaçmalarına hər hansı oğlan söhbəti, ya da qaçırılma məsələsi səbəb olmayıb.
Sadəcə gedib əylənmək istəyiblər. Uşaqdır da, sözə aldanıb qaçıb gedib. Onları tapanda sağlam vəziyyətdə olublar. Üzərlərində ətirdən başqa heç nə olmayıb”.
Qızının məktəbdə yaxşı oxuduğunu deyən M.Məmmədov, hər zaman nəzarətinin Leylanın üzərində olduğunu sözlərinə əlavə edib:
“Məktəbdən heç vaxt onun barəsində şikayət olmayıb. Evdə də hansısa zorakılıq olmayıb. Onunla hər zaman yaxşı davranmışam. Qızım indi psixoloji olaraq gərginlik keçirir. Düşünürəm ki, ona psixoloji yardım olunsa yaxşı olar.
Mən özüm “moyka”da işləyirəm. Ayda 300-350 manat qazancım var. Evi normal dolandırmışam. Qızımın da dolanışıqdan şikayəti olmayıb.
Qızımın evdən qaçmasından keçmiş yoldaşımın xəbəri olmayıb. Ana nənəsi bilirdi, o da ona deməmişdi. Neçə gündə bu məsələyə görə də məni axtarmayıb”./gun.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?