Binəqədi rayon icra başçısının birinci müavini Qəzənfər Novruzovun yerinə yeni təyinat aparılıb. Bu, Vüsal İsmayılov adlı şəxsdir.
Bu barədə məlumatlandıran mənbənin sözlərinə görə, Qəzənfər Novruzovun işdən uzaqlaşdırılması mətbuata bu gün açıqlansa da, yeni xəbər deyil: "Vüsal İsmayılov da bir müddət əvvəl birinci müavin təyinatı alıb".
Mənbə onu da bildirdi ki, V.İsmayılov Müstəqil Azərbaycan Universitetinin rektoru Abbas Mustafayevin bacısı oğludur.
Xatırladaq ki, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov bu gün sakinlərlə keçirdiyi görüşdə birinci müavini Qəzənfər Novruzovun yol verdiyi nöqsanlara görə işdən azad olunduğunu bildirib.
Bu xəbəri nə təsdiq, nə də təkzib edə bilərik
Xəbəri dəqiqləşdirmək üçün Binəqədi rayin icra hakimiyyəti ilə əlaqə saxladıq. Binəqədi rayon icra hakimiyyətinin mətbuat katibliyinin telefonuna cavab verən, amma adını bildirməkdən imtina edən şəxs dedi ki, "bu xəbəri nə təsdiq, nə də təkzib edə bilərik".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?