GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Başsağlığı biznesinin banisi Bəxtiyar Sadıqovu “anlamaq” cəhdimiz

Başsağlığı biznesinin banisi Bəxtiyar Sadıqovu “anlamaq” cəhdimiz

Tarix: 2-12-2013, 21:53 Bölmə :Ölkə Baxış: 918
Başsağlığı biznesinin banisi Bəxtiyar Sadıqovu “anlamaq” cəhdimiz
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun işləkləri haqda yeni faktlar...

Doğrusu bu mövzuya yenidən müraciət etmək istəməzdim. Amma “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovla bağlı yazım işıq üzü görəndən bəri mənə gələn zənglərin ardı – arası kəsilmir. Kimi mənə yazıma görə, kimisi millət vəkilini xalqa olduğu kimi tanıtdığıma görə təşəkkür edir, kimisi onun YAP-çılara divanından danışır, kimisi də mənimlə görüşüb arxiv materiallarını mənə çatdırır.
Lakin zənglərdən biri məndə böyük maraq oyatdı və son oxuduğum xəbər də məni bu mövzuya yenidən müraciət etməyimə səbəb oldu. Telman adlı şəxs mənə zəng edərək bildirdi ki, “Bəxtiyar Sadıqovu tənqid etmək lazım deyil, onu anlamaq lazımdır. Nədənsə heç kim onu anlamır”. Fikirləşdim ki, yəqin bu səbəbdəndir ki, B.Sadıqovu “anlamayan” 9 nəfər o işə gələn gündən ürək çatışmamazlığı diaqnozu ilə dünyasını dəyişib. Onu “anlamayanlar” işdən uzaqlaşdırılır. Elə Bahar Alimcanova da onu “anlamadığından” toruna düşüb və indi: “Mən Bəxtiyarın günahı ucbatından oğlumu Moskvadan Azərbaycana gətirə bilmirəm” – deyir. Ağdamlılar da Bəxtiyar Sadıqovu “anlamadıqları” üçün: “deputatım hardadır”? – deyə hələ də ümidlə onu axtarır və gözləyirlər. Amma əslində Bəxtiyar Sadıqovun məqalələri, müsahibələri və “Azərbaycan” qəzetinin manşetinə belə çıxardığı yazılarla tanış olduqda onu “anlamaq” heç də çətin deyil.

“Azərbaycan” qəzetinə dövlət yardım etmir

Bu fikirləri oxuduğunuz məqalənin müəllifi yox, Bəxtiyar Sadıqov deyib. Bildirib ki, adı çəkilən qəzet özü – özünü maliyyələşdirir. Bu məqamda deyilən şərə adam söz tapa bilmir. Belə ki, hörmətli Bəxtiyar müəllim unudur ki, 2008-ci ildən dövlət başçısı “Azərbaycan”, “Bakinski raboçiy”, “Xalq” qəzetlərinin maddi bazasını gücləndirmək məqsədilə dövlət büdcəsindən hər il adları çəkilən hər qəzet üçün 250 min manat pul ayırır. Görəsən, Bəxtiyar Sadıqovun belə fikir söyləməsinə səbəb nədir? Əslində, bu fikrə də təəccüblənmək lazım deyil. Belə ki, bizlər onun belə fikirlər söyləməsinə artıq bir növ adət etmişik. Amma qəzetin öz – özünə maliyyələşməsi məsələsi lap gülüş doğurur axı....
Qeyd edək ki, “Azərbaycan” qəzeti hər il dövlət büdcəsindən maliyyələşir. Bundan başqa bu qəzetə abunə məcburidir və bütün dövlət orqanları adıçəkilən qəzetə məcburi qaydada abunəyə cəlb olunur. Həmçinin qəzetin hər sayında ən azı 10-a yaxın başsağlığı verilir ki, bu başsağlıqlarının hərəsi 20 manatdır. Qəzetin “maliyyə suyu” bununla da məhdudlaşmır. Belə ki, bura verilən bir çox məqalələr də pulludur. Şəxsən mən bir xeyriyyəçi insanın Azərbaycanda gördüyü xeyriyyə işləri haqqında yazını dərc olunmaq üçün ora aparanda həmin xeyriyyəçiyə bildirmişdilər ki, bu yazı reklam xarakterlidir və məzənnəsi 1000 dollardır. Hazırda deyilənə görə bu rəqəm 1000 manat olub. Elə Elşad Abdullayev də bildirmişdi ki, 2005-ci il seçkiləri zamanı o, “Azərbaycan” qəzetində reklam olunmaq üçün Bəxtiyar Sadıqova çoxlu pul verib. Onun baş redaktorla bağlı 40 dəqiqəlik video görüntüsü belə var.
Gəlin görək, “Azərbaycan” qəzetinin baş redaktorunun ətrafında kimlər var? Onlar siyasi oriyentasiya baxımından biri müsavatçı, digəri quliyevçi, üçüncüsü cəbhəçidir. Onları isə bir amal birləşdirir: ermənipərəst simpatiyaları ilə müşayiət olunan potoloji anti - əliyevçilik simptomu. Bu potologiyanın nəticəsi idi ki, baş redaktor kürsüsünə əyləşən kimi o, sınanmış və sadiq əliyevçiləri kütləvi şəkildə işdən qovdu.

Ağdamlı deputatın erməni sevgisi

Bunun üçün gəlin arxiv materiallarına müraciət edək. “Azərbaycan” qəzetinin 2 aprel 2001-ci il sayının manşet yazısı: “Qarabağ münaqişəsi Azərbaycanın su ehtiyatlarının ekoloji təhlükəsizliyini dəfələrlə artırıb”. Manşetdəki yazını oxuyanda belə zənn etmək olar ki, bu qəzet Azərbaycanda yox, Ermənistanda nəşr olunub. Fikirləşirəm ki, hər seçki sonrası ağdamlılar Ağdamın suyunu içib, əppəyini yeyib, oradan da deputat seçilən Bəxtiyar Sadıqovu axtarırlar. Bəlkə belə yazılara görə o, seçicilərinin gözünə görünmür? Millət vəkilinin sözündən belə çıxır ki, biz ermənilərə minnətdar olmalıyıq ki, torpaqlarımızı zəbt ediblər, qız – gəlinlərimizi zorlayıblar, bizləri Qarabağsız qoyublar. Əgər ermənilər olmasaydı Azərbaycanın su ehtiyatının ekoloji təhlükəsizliyi təhlükə altında qalardı. İndi mənə deyin görüm Bəxtiyar Sadıqovun bu fikirləri qəzetin manşetində verməsindən sonra onu necə anlamaq olar?
“Azərbaycan” qəzetini 27 noyabr 2002-ci il tarixli sayını nəzərdən keçirin: “ABŞ-ın Milli Demokratiya İnstitutu prezident seçkilərində müxalifəti dəstəkləyəcək və bu məqsədlə 10 milyon dollar vəsait ayırıb”. İfadə tərzi, tərtibi “Yeni Müsavat”ın stilinə tam uyğun gəlir. Görəsən, bu yazını verməklə Bəxtiyar Sadıqov hansı məqsədləri güdürdü?
27 fevral 2003-cü il tarixli “Azərbaycan” qəzetində “Dövlət quruculuğu nədir?” yazısında isə yenə də, Heydər Əliyev əleyhinə fikirlər söylənilmişdir. Bəxtiyar Sadıqovun əməllərini izlədikcə məlum olur ki, o, iqtidaryönlü mətbuatın başında dursa da, müxalifətin gizli havadarıdır. 03 sentyabr “Hürriyyət” və “Yeni Müsavat” qəzetlərində Bəxtiyar Sadıqov H.Əliyevin dünyasını dəyişməsi ilə bağlı yalan məlumat yaymışdır.
Qəribədir, hansı məmur belə bir söz deyərsə, onu vətən xaini edər, elə “Azərbaycan” qəzetinin manşetində belə verərlər. Amma Bəxtiyar Sadıqov hələ də “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkilidir. Onun bir çox fikirləri internetlə yayılsa, vallah, bu, ermənilər üçün göydəndüşmə olar. Ermənilər gecə tumanlarını başlarına çəkib bütün dünyaya deyərlər ki, bu fikirləri biz yox, elə azərilərin özü deyir, həm də bir millət vəkili, dövlət qəzetinin başçısı.

Bəxtiyar Sadıqovun qohumları

Bizlər Bəxtiyar müəllimin yalnız bir qohumu haqqında məlumat verəcəyik. Əgər onun vəzifəyə qoyduğu qohumlarının tam siyahısını versək, onda görərsiniz ki, bunun üçün qəzetin neçə sayı lazımdır. Bəxtiyar Sadıqov yaxın qohumlarını yaxşı vəzifələrdə oturdura bilib. Bunu biz yox, bizə zəng edənlər deyirlər. Məsələn, onun bacısının əri Gəncə Dövlət Universitetinin tarix kafedrasının müdiridir. Onun Əlikram Hümbətovla sıx əlaqələrinin olduğu, onunla birgə ölkəni tərk etdikləri, sonradan isə Bəxtiyar Sadıqovun sayəsində Vətənə qayıtması söylənilir. Millət vəkilinin bacısı Rəfiqə Sadıqova “Gəncənin səsi” qəzetinin baş redaktorudur. Gəncənin icra başçısı Elmar Vəliyev onu bu vəzifədən uzaqlaşdırmaq istəsə də, mümkün olmayıb. Rəfiqə xanımın oğlu isə hərbi sahədə vəzifədədir.

Son söz əvəzi...
Bəxtiyar Sadıqovun hansı məzhəbə qulluq etməsi hamıya məlumdur. Onun “dövlət bizə yardım etmir” palavrası da gülməlidir. Adını jurnalist qoyub, jurnalistlərə qarşı normal etik davranış göstərməyən, dediyi sözlərin məsuliyyətinə varmayan deputat və baş redaktor. O, özündən yuxarıların tapşırığını yerinə yetirən, aşağıdakıları əzən adi qulluqçudan başqa heç kim deyil.
Çinarə Vüqar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bəxtiyar Sadıqovdan mənzil - Açıqlaması

    Bəxtiyar Sadıqovdan mənzil - Açıqlaması ...

    23-07-2013, 15:33

  • 
  • “Mən bilmirəm “nurçu”luq nədir”

    “Mən bilmirəm “nurçu”luq nədir” ...

    3-04-2014, 12:24

  • 
  • İsmayıllı sakini Mirdamət Sadıqovu ifşa etdi - - ŞOK FAKTLAR (VİDEO)

    İsmayıllı sakini Mirdamət Sadıqovu ifşa etdi - - ...

    15-09-2015, 16:19

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Bəxtiyar Hacıyev polis bölməsinə aparıldı

    Bəxtiyar Hacıyev polis bölməsinə aparıldı ...

    31-07-2013, 17:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (289)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu