Benzin və neft məhsullarındakı qiymət artımından sonra, bu gün ərzaq dükanlarında da qiymətlərin artması ilə bağlı xəbərlər yayılmaqdadır. Bakının bir çox marketlərində ərzaq mallarının da qiyməti qaldırılıb. Əsasən un, yağ, şəkər tozu, qənd və şirniyyat məhsullarında qiymət artımı müşahidə olunur. Tütün məhsullarının isə qiyməti bir neçə gündür ki, artıb. Müşahidə apardığımız marketlərin bəzisində qiymət artımının olması onu deməyə əsas verir ki, ərzaq məhsullarının qiymətlərindəki artım yerli işbazların özbaşna fəaliyyətinin nəticəsidir. Müxbirimizə açıqlama verməyə razılaşan bir neçə market sahibi isə, qiymət artımının onlardan aslı olmadığını deməklə kifayətləniblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?